Kamboca Azərbaycanın dəstəyi ilə Mərkəzi Asiya bazarlarına çıxmaq niyyətindədir
Kamboca Azərbaycanla tərəfdaşlığı inkişaf etdirərərk öz iqtisadiyyatını Mərkəzi Asiya regionuna inteqrasiya etmək niyyətindədir.
"Far.Az" xəbər verir ki, bunu Azərbaycan-Kamboca Biznes Forumu çərçivəsində Kamboca Ticarət Palatasının prezidenti və ASEAN İşgüzar Məsləhət Panelinin sədri Niak Oknha Kit Menq (Neak Oknha Kith Meng) jurnalistlərə açıqlamasında bildirib.
"ASEAN-a üzv olan Kamboca iqtisadi inteqrasiyanı gücləndirmək məqsədilə Mərkəzi Asiya bazarına çıxmağı hədəfləyir. Ölkənin hökumət başçısının Azərbaycana səfəri də məhz bununla bağlıdır ", - o vurğulayıb.
Ticarət Palatasının rəhbəri izah edib ki, bu səfər böyük coğrafi məsafəyə baxmayaraq, dövlətlər arasında ikitərəfli əlaqələrin dərinləşdirilməsinə, həmçinin Kamboca və Azərbaycanın işgüzar dairələri arasında qarşılıqlı investisiya axınının fəallaşdırılmasına yönəlib.
N. Kit Menq qeyd edib ki, keçirilən tədbirlər zamanı artıq müvafiq memorandumlar imzalanıb, həmçinin əməkdaşlığın ümumi miqyası və istiqamətləri barədə ətraflı danışıqlar aparılır: "İkitərəfli danışıqlar çərçivəsində xüsusi vurğu energetika, texnologiyaların transferi, süni intellekt sahəsinin inkişafı, həmçinin təchizat zəncirlərinin Avrasiya nəqliyyat dəhlizlərinə daxil edilməsi sahəsində qarşılıqlı fəaliyyətə edilib".
Oxşar xəbərlər
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Kamboca Azərbaycan biznesini Cənub-Şərqi Asiya bazarlarına dəvət edir
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Instagram" və "TikTok"un fəaliyyətində problem yarandı
-
Gəncədə ata oğlunu qətlə yetirməkdə şübhəli bilinir
-
Azərbaycanın böyüklərdən ibarət sərbəst güləş millisi Qubada toplanışa başlayıb
-
Masazırda motosikletlə avtomobil toqquşub, iki nəfər ölüb
-
Mingəçevirdə tələbə bıçaqlandı, otaq yoldaşı saxlanıldı
-
Misir-Sudan sərhədində qızıl mədəninə hava zərbəsi endirilib, onlarla mədənçi ölüb













