"Bizi adam ölən gün qurban kəsməkdə ittiham edirlər" - Məhkəmədə şok ifadələr
Bakıda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Elşən Müzəffərov, həyat yoldaşı Gülnar Müzəffərova və qaynı Qasım Xankişiyevin cinayət işinin məhkəmə baxış iclası keçirilib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən iclas şahid ifadəsi ilə davam edib.
Şahid S.N. təqsirləndirilən şəxsləri tanıdığını, təqsirləndirilənlərdən Gülnar Müzəffərova və Qasım Xankişiyevin dayısı olduğunu deyib:
"Qasım Rusiyadan gəlmişdi. Həm də nəvəmin 1 yaşı tamam olurdu deyə qurban kəsmişdik. Bacım dedi ki, Gülnargilin evində söz-söhbətdir. Gecə saat 3 idi. Gülnargilə getdik, onun üzündə xəsarət var idi, gözlərinin altı qaralmışdı. Gülnar yaxşı deyildi, deyirdi ki, adam öldürüblər. Mən "102" xidmətinə zəng vurub baş verənlərlə bağlı məlumat verdim".
Digər şahid təqsirləndirilənlərdən Xamis və Gülnarün atası oldugunu deyib:
"Yatmışdım, bacı-qardaşın mübahisəsinin səsinə oyandım. Nə baş verdiyini soruşdum, Gülnar dedi ki, Elşən adam öldürüb, təslim olmağa getdi. Bizi adam ölən gün qurban kəsməkdə ittiham edirlər. Mən bilsəydim ki, o ölüb, heç qurban kəsərdim? Nəvəmin bir yaşı olurdu, onun sevincindən qurban kəsib, ailəliklə yığıncaq edirdik. Gülnar günahsızdır. O, yalan ifadənin qurbanıdır".
Məhkəmə daha sonra sənədlərin tədqiqi mərhələsinə başlayıb. Növbəti iclas oktyabrın 13-nə təyin edilib.
Qeyd edək ki, hadisə Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsində baş verib.
Qəsəbə sakini, 1986-cı il təvəllüdlü Səxavət İsmayılov qonşuları, 1995-ci il təvəllüdlü Elşən Müzəffərov və arvadı, 1997-ci il təvəllüdlü Gülnar Müzəffərova tərəfindən yaşadıqları evin həyətində boğularaq öldürülüb, meyiti isə həyətində basdırılıb.
Qətli törətməkdə şübhəli bilinən sözügedən cütlük hadisədən sonra saxlanılıb. İbtidai istintaq araşdırmaları ilə cinayət işində iştirakçı kimi şübhəli bilinən daha bir nəfər - Qasım Xankişiyev də müəyyən olunaraq saxlanılıb.
Onların barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SƏRƏNCAM
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Boeing" və "Lockheed Martin" şirkətləri 14,7 mlrd dollarlıq müqavilə imzalayıblar
-
Göygöldə birgəyaşayış mədəniyyətinə həsr olunan regional konfrans keçirilir
-
Ofeliya Sənani bu səbəbdən xəstəxanaya yerləşdirildi
-
Qaxda yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb
-
Fransada anomal istilərin vurduğu ziyan 16 milyard avro qiymətləndirilir
-
Yunanıstan və ABŞ Rubionun Afinaya səfəri zamanı üç sənəd imzalayacaqlar













