Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə çempion olublar
Far.Az xəbər saytı

Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə çempion olublar


Rusiyanın Vladiqafqaz şəhərində 10-11 oktyabrda olimpiya çempionu David Musulbesin şərəfinə sərbəst güləş üzrə beynəlxalq turnir keçirilib.

Bu barədə "Report"a Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Ənənəvi yarışda 16 yaşadək güləşçilər mübarizə aparıblar.

15 ölkədən 300-dən artıq yeniyetmənin çıxış etdiyi turnirdə ölkəmizi U-15 milli komandanın böyük məşqçisi Emin Əzizov və məşqçi Elşad Allahverdiyevin rəhbərliyi altında təmsil edən güləşçilərdən ikisi uğurlu çıxış edib.

Avropa çempionu Elvin Necəfzadə 85 kq-da bütün rəqiblərinə tam üstünlüklə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Avropa mükafatçısı Cavanşir Süleymanov isə 44 kq-da eyni uğura imza atıb.

Qeyd edək ki, turnirdə III dərəcəli beynəlxalq hakim Nihad Muradov ədaləti qoruyub.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib
Media nümayəndələri Bakı Olimpiya Stadionunda WUF13-lə bağlı görülən işlərlə tanış olublar
Bakıda 17 yaşadək güləşçilər arasında dünya çempionatının açılış mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər