Pərviz Şahbazov: "Neft bazarının sabitliyi üçün tələb və təklif balansı mühümdür" – YENİLƏNİB
Neft bazarının sabitliyi üçün tələb və təklif balansı ilə yanaşı, enerji resurslarının beynəlxalq bazarlara təhlükəsiz, fasiləsiz və əlverişli şərtlərlə çatdırılması da mühüm əhəmiyyət daşıyır.
"Far.Az" Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Pərviz Şahbazov Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində keçirilən 17-ci Beynəlxalq Enerji Forumu (IEF17) və 25-ci WPC Enerji Konqresi çərçivəsində təşkil olunan OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin onlayn iclasında iştirakı zamanı bildirib.
Onun sözlərinə görə, bu baxımdan bazar şəraitinin qiymətləndirilməsində nəqliyyat marşrutlarının təhlükəsizliyi, fraxt tarifləri və sığorta xərclərinin nəzərə alınması vacibdir.
Nazir Azərbaycanın "OPEC+" çərçivəsində hər zaman etibarlı tərəfdaş olduğunu bildirərək ölkəmizin bundan sonra da birgə səylərə dəstəyini davam etdirəcəyini qeyd edib.
İclasda OPEC Katibliyinin "Xam neftin daşınması və sığortalanması xərclərinin artması" mövzusunda təqdimatı dinlənilib, mövcud şəraitin qlobal neft bazarına təsirləri müzakirə olunub.
İclasda nazirlər "OPEC+" çərçivəsində məsləhətləşmələrin davam etdirilməsi, bazardakı vəziyyətin izlənilməsi, hökumətlər və sənaye nümayəndələri ilə müzakirələrin davam etdirilməsi barədə razılığa gəliblər.
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və qeyri-OPEC ölkələrinin nazirlərinin onlayn iclasında qlobal neft bazarındakı vəziyyət, daşınma və sığorta xərclərinin artmasının təsirləri müzakirə edilib.
"Far.Az" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, bazar sabitliyi üçün tələb-təklif balansı ilə yanaşı, enerji resurslarının təhlükəsiz, fasiləsiz və əlverişli şərtlərlə nəqlinin vacibliyi vurğulanıb.
O bildirib ki, "OPEC+" çərçivəsində məsləhətləşmələrin davam etdirilməsi razılaşdırılıb.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Instagram" və "TikTok"un fəaliyyətində problem yarandı
-
Azərbaycanın böyüklərdən ibarət sərbəst güləş millisi Qubada toplanışa başlayıb
-
Mingəçevirdə tələbə bıçaqlandı, otaq yoldaşı saxlanıldı
-
Biləcəri-Yalama dəmir yolunu elektrikləşdirmək 450 milyon dollara başa gələcək
-
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu
-
Misir-Sudan sərhədində qızıl mədəninə hava zərbəsi endirilib, onlarla mədənçi ölüb













