Bakıda 17 yaşadək güləşçilər arasında dünya çempionatının açılış mərasimi keçirilib
Bakıda 17 yaşadək güləşçilər arasında dünya çempionatının açılış mərasimi keçirilib.
Far.Az report-a istinadən xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan tədbirdə Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov, gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Dünya Güləş Birliyinin (UWW) prezidenti Nenad Laloviç iştirak ediblər.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Açılış mərasimində çıxış edən Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu idman siyasəti nəticəsində Azərbaycanın dünyanın ən nüfuzlu beynəlxalq yarışlarına ev sahibliyi edən ölkələrdən birinə çevrildiyini vurğulayıb. O, dövlət dəstəyi sayəsində ölkədə müasir idman infrastrukturunun formalaşdırıldığını və güləş də daxil olmaqla müxtəlif idman növlərinin inkişafı üçün geniş imkanlar yaradıldığını qeyd edib.
Mikayıl Cabbarov, həmçinin U-17 dünya çempionatının Bakıda keçirilməsinə göstərilən dəstəyə görə Gənclər və İdman Nazirliyinə, nazir Fərid Qayıbova və yarışın təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Daha sonra söz gənclər və idman naziri Fərid Qayıbova verilib. Nazir U-17 dünya çempionatını idman bayramı adlandıraraq, Bakının beynəlxalq yarışlara uğurla ev sahibliyi etdiyini və dünyanın aparıcı idman mərkəzlərindən birinə çevrildiyini vurğulayıb. O, Prezident İlham Əliyevin uğurlu idman siyasəti nəticəsində ölkədə bu sahənin sürətlə inkişaf etdiyini qeyd edib, Azərbaycan təmsilçilərinin beynəlxalq turnirlərdə qazandıqları uğurların bunun bariz nümunəsi olduğunu bildirib.
Ardınca çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Bakıda U-17 dünya çempionatının keçirilməsini mühüm idman hadisəsi kimi dəyərləndirib. O, belə mötəbər yarışların gənc güləşçilərin beynəlxalq arenada təcrübə qazanması və gələcək çempionların yetişməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib, iştirakçılara uğurlar arzulayıb.
Sonda çıxış edən Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç gənc güləşçilərə uğurlar arzulayaraq, onların gələcəkdə Olimpiya Oyunlarında da ölkələrini layiqincə təmsil edəcəklərinə inandığını bildirib. O, U-17 dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə təşəkkürünü ifadə edib. Nenad Laloviç, həmçinin Birləşmiş Dünya Güləş Təşkilatı adından Milli Olimpiya Komitəsinə və Prezident İlham Əliyevə göstərilən dəstəyə görə minnətdarlığını çatdırıb.
Sonra açılış mərasimi bədii proqramla davam edib.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən U-17 dünya çempionatında 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qüvvəsini sınayır. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Al Jazeera": İran Kiyevə PUA və raketlə hücum edə bilər
-
Tbilisidə etiraz aksiyası zamanı 10 nəfər saxlanılıb
-
Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq
-
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
-
Əraqçi Ukraynanı İranın ticarət gəmisinə hücumda ittiham etdi
-
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı













