Zakir Nuriyev: "Türkdilli dövlətlər arasında rəqəmsal ödənişin inkişafı qarşılıqlı ticarət üçün əhəmiyyətlidir"
Türkdilli dövlətlər arasında rəqəmsal ödəniş əməkdaşlığının inkişafı qarşılıqlı ticarət və turizm üçün də əhəmiyyətlidir.
"Far.Az" xəbər verir ki, bunu "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin Rəyasət heyətinin sədri Zakir Nuriyev Türk Dövlətləri Fintex Alyansının (TÜRKFİN) təşkilatçılığı ilə bu gün keçirilən "Bakı Fintex Sektoru Ticarət Heyəti Proqramı" ilə bağlı tədbirdə bildirib.
O bildirib ki, qarşıda duran ən mühüm strateji vəzifələrdən biri ölkələr arasında maliyyə infrastrukturlarının qarşılıqlı inteqrasiyasının daha da dərinləşdirilməsidir: "Əsas məqsədimiz yalnız maliyyə ödəniş sistemləri arasında texniki əlaqələrin qurulması deyil. Başlıca hədəf fiziki şəxslərin və biznes subyektlərinin ölkələrimiz arasında maliyyə əməliyyatlarını daha rahat, sürətli, təhlükəsiz və mümkün qədər aşağı xərclərlə həyata keçirməsinə imkan yaradan mühitin formalaşdırılmasıdır. Bu, sərhədlərarası ödəniş və köçürmələrin səmərəliliyini artırmaqla yanaşı, maliyyə xidmətlərinə çıxışı asanlaşdıracaq, əməliyyat xərclərimizi azaldacaq, qarşılıqlı ticarət və investisiya əlaqələrimizi gücləndirəcək".
Z.Nuriyev qeyd edib ki, nəticə etibarilə, maliyyə infrastrukturunun inteqrasiyası daha geniş miqyasda ölkələrin iqtisadiyyatının bir-biri ilə daha sıx inteqrasiyasına xidmət edəcək: "Bu istiqamətdə ödəniş sistemlərinin araşdırılması, tənzimləyici yanaşmaların yaxınlaşdırılması və müştəri hüquqlarının qorunması üzrə təcrübə mübadiləsi böyük əhəmiyyət daşıyır. Birgə pilot layihələrin həyata keçirilməsini və mövcud infrastruktur imkanlarından daha səmərəli istifadə üzrə əməkdaşlığın genişləndirilməsini faydalı hesab edirik".
Oxşar xəbərlər
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
AMEA-nın Rəyasət Heyətinin "gərgin" iclası
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Daşkənddə III Türkdilli Dövlətlər Kardioloqları Qurultayının rəsmi açılışı keçirilib
Zakir Nuriyev: "Məqsədimiz maliyyə ekosisteminin daha səmərəli inkişafına töhfə verməkdir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













