İsmayıllıda ev və köməkçi tikili yanıb
Far.Az xəbər saytı

İsmayıllıda ev və köməkçi tikili yanıb


İsmayıllı rayonunun Mican kəndində yanğın hadisəsi baş verib.

BAKU.WS report-a istinadən xəbər verir ki, kənd sakininə məxsus ümumi sahəsi 150 kvadratmetr olan kürsülü, 6 otaqlı evin 130 kvadratmetr sahəsində yanar konstruksiyalar yanıb.

Evə bitişik, ümumi sahəsi 180 kvadratmetr olan köməkçi tikilinin isə 50 kvadratmetr sahəsi yanğına məruz qalıb. Yanğın zamanı evin qalan hissəsi və köməkçi tikilinin digər sahələri mühafizə olunub.

Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Yanğının başvermə səbəbi dəqiqləşdirilir.

Oxşar xəbərlər

Lökbatandakı yanğına helikopterlər indiyədək 150 ton su töküb - YENİLƏNİB-4
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Lökbatandakı yanğına helikopterlər indiyədək 200 ton su töküb - YENİLƏNİB-4
Lökbatanda anbardakı yanğının söndürülməsinə 2 helikopter cəlb olunub - YENİLƏNİB-4
Bakıda 4 otaqlı ev 118 800 manatdan - Ucuz mənzillərin satışı başladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər