"Azərmaş Group"un dövlət zəmanətli istiqrazları üzrə hərracın tarixi açıqlanıb
Oktyabrın 15-də "Bakı Fond Birjası" QSC-də (BFB) "Azərmaş Group" MМС-nin 10 milyon manat dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
"Report" bu barədə Birjaya istinadən xəbər verir.
Məlumata görə, hər birinin nominal dəyəri 1 000 manat olan 10 000 ədəd istiqraz rəqabətli hərrac üsulu ilə yerləşdiriləcək, 3 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 13 %-dir. Faizlər rüblük ödəniləcək.
Prosesin anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
İstiqrazların nominal dəyərinin 60 %-i üzrə İpoteka və Kredit Zəmanət Fondu zəmanət verib.
İstiqrazların aşağıda qeyd olunan şərtlər daxilində geri satın almaq hüququ nəzərdə tutulur:
27-ci ayda -2,5 milyon manat;
30-cu ayda - daha 2,5 milyon manat;
33-cü ayda - daha 2,5 milyon manat;
36-cı ayda - daha 2,5 milyon manat.
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
"Azərmaş Group" 10 milyon dollarlıq istiqraz buraxır
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Azərbaycan şirkətinin istiqrazları üzrə hərracın tarixi açıqlanıb
Azərbaycanın kollektor agentliyi səhm və istiqraz buraxır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













