Fransada etirazlar fonunda 1 800 məktəb bağlanıb
Fransada yuxarı sinif şagirdlərinin davam edən etirazları çərçivəsində 1 800 orta məktəb bağlanıb.
"Far.Az" xəbər verir ki, bu barədə Fransa mediası yuxarı sinif şagirdlərinin həmkarlar ittifaqına istinadən məlumat yayıb.
"1 800 orta məktəbin fəaliyyəti ya dayandırılıb, ya da orada nümayişlər keçirilir. Etirazlarda iştirak edənlərin sayı rekord həddə çatıb", - bütün orta məktəbləri nümayişlərə qoşulmağa çağıran həmkarlar ittifaqının məlumatında bildirilib.
Bundan əlavə, Fransanın ədliyyə naziri Jerald Darmanen sosial şəbəkələrdə bu gün səhər "məktəblilərin nümayişləri zamanı törədilən zorakılıq və zərərvurma halları" ilə bağlı məhkəmə araşdırmalarını müzakirə etmək üçün prokurorlarla görüşdüyünü bildirib.
O qeyd edib ki, cəmi dörd yetkinlik yaşına çatmayan şəxs barəsində 14 ilkin həbs qətimkan tədbiri tətbiq edilib. Nazir bunun həbs cəzasına alternativ olduğunu və valideynlərin məsuliyyətə cəlb edilməsinin qarşısını aldığını bildirib.
Cümə günü Təhsil Nazirliyindəki nəticəsiz görüşdən sonra şagirdlər maliyyələşdirmənin artırılmasını tələb edir, binalardakı antisanitar şəraiti, həddindən artıq dolu sinifləri və xüsusilə azgəlirli rayonlarında müəllim çatışmazlığını, eləcə də "Parcoursup" universitetlərə qəbul sisteminin yaratdığı bərabərsizliyi pisləyirlər.
Oxşar xəbərlər
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının 120 illiyi qeyd olunub
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Novruz və Ramazanla bağlı bayram tədbirləri
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə keçirilən minifutbol turniri başa çatıb
Yetkinlik yaşına çatmayanı cinayətə sövq etmək necə sübut olunmalıdır?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - YENİLƏNİB
-
"Boeing" və "Lockheed Martin" şirkətləri 14,7 mlrd dollarlıq müqavilə imzalayıblar
-
Zelenski: Ukraynalı pilotlar Fransanın "Rafale" təyyarələrində təlimlərə başlayacaqlar
-
Taliban: Əfqanıstanda sülh bərqərar olub, ölkə dünya ticarətinin tranzit mərkəzinə çevrilə bilər
-
Fransada anomal istilərin vurduğu ziyan 16 milyard avro qiymətləndirilir
-
Ofeliya Sənani bu səbəbdən xəstəxanaya yerləşdirildi













