Rusiyaya qaçmaq istəyən azərbaycanlı həbs edildi
Far.Az xəbər saytı

Rusiyaya qaçmaq istəyən azərbaycanlı həbs edildi


Rusiyaya qaçmağa cəhd göstərən azərbaycanlı həbs edilib.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hadisə Qusar rayonunda baş verib.

Qusar rayon sakini, 1967-ci il təvəllüdlü Adil Qurbanov (ad və soyad şərtidir - red.) işləmək məqsədilə Rusiyaya getmək istəsə də, quru sərhədlər bağlı olduğundan onun bu cəhdi alınmayıb. O, geri qayıdaraq qanunsuz yolla sərhədi keçməyə cəhd edib. Adil bunun üçün Samur çayını üzüb keçmək qərarına gəlib. Bu məqsədlə o, Qusar rayonunun Həzrə kəndi ərazisindən özünü Samur çayına ataraq, çayı üzüb keçib. Çayın sahilində dövlət sərhədini Dağıstan Respublikası istiqamətində keçərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, A.Qurbanov barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işinin istintaqı yekunlaşdırılaraq iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə A.Qurbanov 6 ay azadlıqdan məhrum edilib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! - Maaş 1250 AZN-dək
Sərhədi cəmi 20 saniyəyə keçmək mümkün olacaq
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər