Elbay Qasımzadə: Universitetləri regiona köçürüb yaşlı müəllimlərə deyək ki, istəmirsən, gəlmə?
Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri, Bakının sabiq Baş memarı Elbay Qasımzadə paytaxtın nəqliyyat yükünün azaldıması məsələsinə münasibət bildirib.
O "Far.Az"a müsahibəsində bir sıra dövlət qurumlarının, həmçinin universitetlərin Bakıdan kənara köçürülməsi təklifini dəyərləndirib.
"Dövlət qurumları Bakıdan kənara çıxarıla bilər. Bir tərəfdən, məntiq var, Kənd Təsərrüfatı Nazirliyinin binası regionlarda ola bilər. Eləcə də başqalarının. Amma bir məsələ də var, hökumət Bakıdadır, bu mənada, hökumətin dövlət qurumlarına əlçatanlığı olmalıdır. Yəni onların fəaliyyəti daimi Nazirlər Kabineti ilə bağlıdır, kommunikasiya üçün burada olması daha əlverişlidir.
O ki qaldı universitetlərə, bəli, bu gün bizim Bakıdan kənarda kifayət qədər universitetlərimiz mövcuddur. Lənkəran, Mingəçevir, Gəncə, Sumqayıt, Naxçıvan… Olması da çox yaxşıdır, çünki bu universitetlər bölgələrdə yaşayan insanlar üçün, onların komfortu üçün əlverişlidir. Lakin Bakıdakı universitetləri harasa köçürsək, təcrübəli, yaşlı müəllimlərin taleyi necə olacaq? Onlar həmin universitetlə bərabər hansısa regiona necə gedəcək? Getməyəcək. Mən demirəm ki, bizdə gənc kadr yoxdur, var, kifayət qədərdir, amma yaşlı, təcrübəli müəllimlərə hər zaman ehtiyac var. Tutaq ki, Memarlıq və İnşaat Universitetini Siyəzənə köçürdük, o zaman həmin müəllimlərə deyək ki, istəyirsən gəl, istəyirsən gəlmə? Olmaz axı".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq
-
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə rəhbər təyin edilib
-
Venesuela aclığa son qoymaq üçün plan hazırlayıb
-
"Liverpul"un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib
-
ABŞ Senatı dizel razılaşmasından sonra Trampı dərhal kursu dəyişməyə çağırıb
-
Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur













