AFFA-nın vitse-prezidenti beynəlxalq magistr proqramını uğurla bitirib
AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva "Qlobal İdman İdarəçiliyi üzrə Executive Master" (MESGO) beynəlxalq magistr proqramını uğurla tamamlayıb.
"Far.Az" xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.
İdman sahəsində çalışan rəhbər şəxslər üçün nəzərdə tutulan MESGO UEFA-nın dəstəyi ilə həyata keçirilən nüfuzlu beynəlxalq təhsil proqramıdır.
Proqram Fransanın Limoj Universitetinin İdman Hüququ və İqtisadiyyatı Mərkəzinin (CDES) koordinasiyası ilə UEFA Akademiyası və tərəfdaş akademik qurumların əməkdaşlığı çərçivəsində təşkil olunur.
Proqram iştirakçılara idman təşkilatlarını daha səmərəli idarə etmək, mürəkkəb məsələlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək və idmanın gələcəyini formalaşdıran dəyişikliklərə hazır olmaq üçün bilik və bacarıqlar qazandırır. 2024–2026-cı illəri əhatə edən tədris Avropa, Şimali Amerika və Asiyada keçirilən doqquz sessiyadan ibarət olub. Tədris sessiyaları professorların və sahənin aparıcı mütəxəssislərinin iştirakı ilə keçirilib.
İki il ərzində iştirakçılar beynəlxalq idman qurumlarının və digər beynəlxalq təşkilatların fəaliyyəti və idarəetmə təcrübəsi ilə yerində tanış olub, onların iş prinsiplərini təhlil edib, sahənin aparıcı mütəxəssisləri ilə fikir və təcrübə mübadiləsi aparıblar. Tədris çərçivəsində idarəetmə və yarışların təşkilindən kommersiya hüquqları, etika və risklərin idarə edilməsinədək geniş mövzular əhatə olunub, nəzəri biliklər real nümunələrlə əlaqələndirilib, idman təşkilatlarının qarşılaşdığı problemlər və onların həlli yolları müzakirə edilib.
Könül Mehdiyevanın peşəkar fəaliyyəti ilə yanaşı, fəqlənmə ilə tamamladığı bu proqram ona beynəlxalq idman idarəçiliyinə dair daha geniş baxış və yeni peşəkar əlaqələr qazandırıb. Əldə olunan bilik və təcrübə onun AFFA-dakı fəaliyyətində və Azərbaycan futbolunun inkişafına yönələn işində faydalı olacaq.
Oxşar xəbərlər
Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq
-
Ucarda sərnişin avtobusu yandı
-
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə rəhbər təyin edilib
-
Venesuela aclığa son qoymaq üçün plan hazırlayıb
-
"Liverpul"un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib
-
ABŞ Senatı dizel razılaşmasından sonra Trampı dərhal kursu dəyişməyə çağırıb













