Azərbaycan XİN vətəndaşları bir daha Qara və Azov dənizlərində gəmilərdə işləməkdən çəkinməyə çağırıb
Azərbaycan Xarici İşlər Nazirliyi bir daha vətəndaşları hərbi əməliyyatların getdiyi və təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən çəkinməyə çağırıb.
"Far.Az" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin Qara dənizdə Bolqarıstan sahili yaxınlığında Azərbaycan vətəndaşlarının olduğu gəminin vurulması ilə bağlı yerli medianın sualına cavabında qeyd edilib.
"Bir daha Azərbaycan vətəndaşlarını hərbi əməliyyatların getdiyi və təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən, bu ərazilərdə, habelə riskli marşrutlar üzrə hərəkət edən nəqliyyat vasitələrində, xüsusilə Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırırıq", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, Qara dənizdə Bolqarıstan sahili yaxınlığında göyərtəsində Azərbaycan vətəndaşlarının da olduğu "CHELSEA-3" adlı xarici yük gəmisi hücuma məruz qalıb, 15 nəfərdən ibarət gəmi heyətində olan 8 nəfər vətəndaşımızın hamısı xilas edilib.
Oxşar xəbərlər
Azov dənizində gəmiyə dron hücumunda həlak olan Fuad Orucov Xaçmazda dəfn edilib
Azov dənizində gəmiyə PUA hücumu nəticəsində yaralanan Azərbaycan vətəndaşlarının vəziyyəti açıqlanıb
Azov dənizində gəmiyə PUA hücumu zamanı yaralanan Azərbaycan vətəndaşları vəziyyətlərindən danışdılar
Röya Ayxan "Baldır Yar"ı təqdim etdi
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq
-
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə rəhbər təyin edilib
-
Venesuela aclığa son qoymaq üçün plan hazırlayıb
-
"Liverpul"un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib
-
ABŞ Senatı dizel razılaşmasından sonra Trampı dərhal kursu dəyişməyə çağırıb
-
Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur













