Azərbaycandakı investisiya şirkətlərinin müştəri aktivləri bu il 18 % azalıb
Far.Az xəbər saytı

Azərbaycandakı investisiya şirkətlərinin müştəri aktivləri bu il 18 % azalıb


Bu ilin I yarısında Azərbaycandakı investisiya şirkətlərinin müştəri aktivləri 18 % və yaxud 472 milyon manat azalaraq bu il iyulun 1-nə 2,1 milyard manata düşüb.

"Far.Az" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının yarım illik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir.

Sənədə əsasən, müştəri aktivlərində azalmanın əsas drayveri xarici bazarda broker xidmətləri olub. Belə ki, xarici bazarda broker xidmətləri üzrə müştəri aktivləri 25 % (552 milyon manat) azalaraq 1,7 milyard manat təşkil edib.

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
"Fəvvarələr meydanı"nda TƏLİM - Yanğınsöndürən maşınlar sərbəst hərəkət edə bilmədi
Azərbaycanın maliyyə sektoru 2024-cü ildə - İCMAL
Azərbaycandakı investisiya şirkətlərinin müştəri aktivləri 35 % artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər