Paşinyanın təyyarəsi beş ay sonra İrəvana qayıtdı
Ermənistanın yeganə hökumət təyyarəsi olan "Airbus A319 ACJ" mayın 6-da texniki xidmət üçün İrəvandan Sofiyaya uçduqdan beş ay sonra, oktyabrın 9-dan 10-na keçən gecə ölkəyə qayıdıb.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, 1998-ci ildə istehsal olunan "Airbus A319" modelinin biznes versiyası olan bu hava gəmisi 2007-ci ildən Ermənistanda istismar olunur və dövlət mülkiyyətindədir.
Təyyarələrin profilaktik baxış üçün müvəqqəti olaraq istismardan çıxarılması aviasiyada standart təcrübə sayılsa da, dövlət təyyarəsinin bu qədər uzun müddət ölkədən kənarda qalması nadir hallarda baş verir.
Müqayisə üçün qeyd edək ki, dövlət təyyarəsi 2020, 2022 və 2025-ci illərdə Çexiyanın Praqa və Ostrava şəhərlərində qısamüddətli texniki baxışdan keçirilib və rənglənib. Ermənistanda lazımi texniki imkanlar olmadığından, bu dəfə işlər Bolqarıstanda həyata keçirilib.
Dövlət təyyarəsinin olmadığı müddətdə baş nazir Nikol Paşinyan və digər yüksəkvəzifəli rəsmilər özəl aviaşirkətlərin xidmətlərindən istifadə etməli olublar. Xüsusilə, Paşinyanın səfərləri üçün "FlyOne Armenia" şirkətindən təyyarələr və ya biznes-jetlər icarəyə götürülüb, yaxud adi sərnişin reyslərində yerlər bron edilib.
Oxşar xəbərlər
44 günlük Vətən müharibəsi: Azərbaycanın ərazi bütövlüyünün bərpasına gedən yol
Vətən müharibəsinin başlamasından 4 il ötür
"Qarabağ"dan həlledici səfər: Komanda Sofiyaya yollandı
Prezident İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Venesuela aclığa son qoymaq üçün plan hazırlayıb
-
Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur
-
ABŞ Senatı dizel razılaşmasından sonra Trampı dərhal kursu dəyişməyə çağırıb
-
İsmayıllıda həbs edilən bələdiyyə sədrinə 8 il 1 ay həbs cəzası verildi
-
Azərbaycan BMT-də ənənəvi enerji olmadan qısa müddətdə inkişafın mümkünsüzlüyünü vurğulayıb
-
Rusiyada erməniəsilli banda rəhbərinə və fəal üzvlərinə ittiham irəli sürülüb













