Bu gün Azərbaycanın bəzi ərazilərində işıq olmayacaq
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 15-də paytaxtın Yasamal və Xəzər rayonlarında, həmçinin Biləcəri qəsəbəsində elektrik təsərrüfatında təmir və yenidənqurma işləri aparılacaq.
"Report" xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində Transformator Məntəqəsində (TM) görüləcək təmir işləri zamanı Abbas Mirzə Şərifzadə, Həsən bəy Zərdabi, Mirəli Seyidov, Nəriman Nərimanov küçələri və İnşaatçılar prospektinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Xəzər RETSİ-nə daxil olan Albalılıq və Binə Atçılıq yaşayış massivləri, Buzovna qəsəbəsi, Abşeron küçəsinin bəzi ərazilərində 35/6 kV-luq 491 saylı yarımstansiyada həyata keçiriləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək enerjinin verilişində qısamüddətli fasilə yaranacaq.
Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 6 kV-luq ikidövrəli "Masazır-1" və "Masazır-2" hava xətləri üzrə elektrik naqilləri yenilənəcək. Yenidənqurma işləri ilə əlaqədar saat 11:00-dan 16:00-dək 10 May küçəsi və Xırdalan-Binəqədi yolunun aşağı hissəsində yerləşən bir sıra yaşayış məntəqələrində enerjinin verilişi məhdudlaşdırılacaq.
Bundan başqa, Ağdaşda bir sıra 10 kV-luq hava xətlərində görüləcək təmir işləri zamanı şəhər ərazisində Ağalı, Arif Heydərov, Fariz Səfərov, Məhəmməd Füzuli, Müşfiq İsayev, Nəriman Nərimanov küçələri, Heydər Əliyev prospekti, həmçinin rayonun Birinci Aral, Əmirarx, Güvəkənd, Xosrov, İkinci Aral, Qulbəndə, Orta Qəsil, Sadavat, Şəmsabad, Şordəhnə, Yuxarı Ləki kəndlərinin bir hissəsində saat 11:00-dan 16:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Yevlaxın Aşağı Salamabad, Bəydili, Əcəmi, Gülövşə, Qoyunbinəsi, Yuxarı Salamabad kəndlərinin bəzi ərazilərində 110/35/6 kV-luq "Mingəçevir" yarımstansiyasından çıxan 6 kV-luq fiderdə, eləcə də 10 kV-luq hava xəttində icra ediləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 15:00-dək enerjinin verilişində qısamüddətli fasilə yaranacaq.
Təmir işləri 110/35/6 kV-luq "Mingəçevir" yarımstansiyasını da əhatə edəcək. Beləliklə, saat 09:00-dan 11:00-dək planlı fasilə Mingəçevirdə 20 Yanvar, Aydın Məmmədov, Hacı Zeynalabdin Tağıyev, Heydər Əliyev, Müslüm Maqomayev, Şah İsmayıl Xətai küçələrinə şamil olunacaq.
Cəlilabadda 35 kV-luq "Cəlayir" hava xəttində yerinə yetiriləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 12:00-dək Buravar, Kövüzbulaq, Ləkin, Zəhmətabad kəndlərinin bir sıra yerlərində enerjinin verilişi məhdudlaşdırılacaq.
Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məsim Məmmədov: "Laçın rayonundan olan 980 ailə doğma torpaqlarına qayıdıb"
-
Abşeronda toyuq əti emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
-
Hindistanın XİN rəhbəri Azərbaycana gəlib
-
Azərbaycan neftinin qiyməti 128 dollardan aşağı düşüb
-
Bakıda III Milli Rəqabət Forumu keçirilir
-
Nərimanovda mənzillər üçün satış şərtləri yeniləndi – ƏTRAFLI













