Azərbaycan iqtisadiyyatına yaxın 4 ildə mümkün investisiya qoyuluşunun məbləği elan edilib
Far.Az xəbər saytı

Azərbaycan iqtisadiyyatına yaxın 4 ildə mümkün investisiya qoyuluşunun məbləği elan edilib


2027-2030-cu illərdə Azərbaycan iqtisadiyyatına 108,6 milyard manat investisiya qoyulacağı gözlənilir.

"Far.Az" xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb.

Sənədə əsasən, ölkədə əsas kapitala investisiya qoyuluşu 2027-ci ildə 25,4 milyard manat, 2028-ci ildə 26,9 milyard manat, 2029-cu ildə 27,9 milyard manat, 2030-cu ildə isə 28,4 milyard manat təşkil edəcək.

4 illik investisiya qoyuluşunun 76,6 milyard manatı qeyri-neft-qaz sektorunun payına düşməlidir. O cümlədən sektora 2027-ci ildə 17,4 milyard manat, 2028-ci ildə 18,6 milyard manat, 2029-cu ildə 19,7 milyard manat, 2030-cu ildə isə 20,9 milyard manat investisiya qoyulması proqnozlaşdırılır.

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Pul hara axır? - Sektorlar üzrə rəsmi göstəricilər
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Turistləri heyran qoyan DİYAR: Alov, neft və palçığın qovuşduğu məkandan FOTOREPORTAJ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər