Tramp: Latın Amerikasında narkokartel obyektlərinə zərbələr gücləndiriləcək
Far.Az xəbər saytı

Tramp: Latın Amerikasında narkokartel obyektlərinə zərbələr gücləndiriləcək


ABŞ Prezidenti Donald Tramp bildirib ki, Amerika hərbçiləri Latın Amerikası ölkələrində narkokartellərlə əlaqəsi olduğu ehtimal edilən yerüstü obyektlərə zərbələri gücləndirəcək.

"Report" xəbər verir ki, bu barədə Amerika lideri Ağ Evdə çıxışı zamanı bildirib.

"Yerüstü əməliyyat, əslində, yeni başlayır. O, bir neçə ay əvvəl başlayıb və biz onlara güclü zərbələr endiririk. Onların marşrutlarını bilirik, kartel üzvlərinin harada yaşadıqları da məlumdur. Əməliyyat davam etdikcə zərbələr də güclənəcək", - Tramp bildirib.

Onun sözlərinə görə, narkokartellərin təslim olmaq üçün hələ vaxtı var.

"Bununla Meksika məşğul olmalıdır, lakin, sözün açığı, ölkə buna qadir deyil", - ABŞ Prezidenti əlavə edib.

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Trampın Latın Amerikası əməliyyatı: Venesuela, Meksikadan sonra Kuba və Kolumbiyadır? - ŞƏRH
Tramp Latın Amerikasında narkokartellərin yerüstü hədəflərinə zərbələr endiriləcəyini açıqlayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər