Stiven Cerrard İngiltərə klubunun baş məşqçisi ola bilər
Far.Az xəbər saytı

Stiven Cerrard İngiltərə klubunun baş məşqçisi ola bilər


Futbol üzrə İngiltərə millisinin sabiq futbolçusu Stiven Cerrard Çempionşip təmsilçisi "Reksem"i çalışdıra bilər.

"Far.Az"un məlumatına görə, bu barədə "talkSPORT" nəşri xəbər yayıb.

Adıçəkilən klub 46 yaşlı mütəxəssisin xidmətində maraqlıdır. Cerrard özü də aşağı dəstə komandasında işləməyin əleyhinə deyil.

Hazırda uğursuz nəticələrlə üzləşən "Reksem"də baş məşqçi Fil Parkinsonun gələcəyi sual altındadır. Klub rəhbərliyinin onunla yolları ayıracağı istisna edilmir.

Qeyd edək ki, "Reksem" Çempionşipdə 10 turdan sonra 11 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

Stiven Cerrard 1998-ci ildən 2015-ci ilə qədər "Liverpul"un formasını geyinib. O, baş məşqçi kimi "Aston Villa"da çalışıb.

Oxşar xəbərlər

Yasamalda bina təhlükə altındadır: Sakinlər ölüm qorxusu ilə yaşayırlar
Cerrard “Əl-İttifaq”ın məşq vaxtlarını “Liverpul”un oyunlarını nəzərə alaraq təyin etdiyini etiraf edib
Milli dəyərlər və gənclərin gələcəyi mövzusunda tədbir keçirilib
Dövlət Xidmətində yüksək vəzifəyə yeni TƏYİNAT
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər