"Nənələr" qrupunun üzvünün Ukraynada öldürülən oğlu Lənkəranda dəfn edildi
Far.Az xəbər saytı

"Nənələr" qrupunun üzvünün Ukraynada öldürülən oğlu Lənkəranda dəfn edildi


Rusiya-Ukrayna müharibəsinə həkim kimi qatılan və dron hücumu nəticəsində öldürülən 58 yaşlı lənkəranlının nəşi doğulduğu rayona gətirilib.

Far.Az APA-ya istinadən xəbər verir ki, əslən Lənkəran rayonunun Separadi kəndindən olan 1968-ci il təvəllüdlü Vahab Ramazan oğlu Quliyev bu gün doğulduğu kənddə dəfn edilib.

Onunla vida mərasimində yaxınları, kənd sakinləri ilə yanaşı Ukraynanın Azərbaycandakı hərbi attaşesi polkovnik Taras Novrovski də iştirak edib.

Qeyd edək ki, Vahab Quliyev Kupyansk istiqamətində gedən döyüşlər zamanı PUA zərbəsi nəticəsində xidməti vəzifəsini yerinə yetirərkən həlak olub.

Vahab Quliyev məşhur "Nənələr" qrupunun üzvü Xanımbacı Quliyevanın oğludur. O, anasının qəbrinin yanında torpağa tapşırılıb.

Oxşar xəbərlər

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər