DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır
Far.Az xəbər saytı

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır


Bəzi beynəlxalq media orqanlarında və sosial şəbəkə hesablarında yayılan "Türkiyə Silahlı Qüvvələri Suriyanın Rəsulayn bölgəsində yerləşən bəzi kəndlərin sakinlərinin evlərinə qayıtmasına mane olur" iddiası həqiqəti əks etdirmir.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzinin (DMM) "X" sosial şəbəkə hesabında yayılan açıqlamada qeyd olunub.

Bildirilib ki, sözügedən ərazilərə qayıtmaq istəyən ailələrin vəziyyəti SDQ-nin (Suriya Demokratik Qüvvələri) inteqrasiya prosesi çərçivəsində Suriyanın müvafiq qurumları ilə koordinasiyalı şəkildə izlənilir.

Qeyd edilib ki, Türkiyə Silahlı Qüvvələri tərəfindən həmin ailələrin geri qayıtmasının qarşısını almağa yönəlmiş hər hansı hal mövcud deyil.

"Prosesi təhrif edərək Türkiyəni hədəfə almağa çalışan məqsədli və əsassız məlumatlara etibar edilməməsi, məsələ ilə bağlı informasiyanın yalnız rəsmi qurumların açıqlamaları əsasında izlənilməsi xahiş olunur", - açıqlamada qeyd olunub.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər