ÜGT rəsmisi: "Yaşıl Gömrük Fəaliyyət Planı ətraf mühitlə bağlı birgə addımlar atmağa imkan verir"
Yaşıl Gömrük Fəaliyyət Planı ətraf mühitlə bağlı birgə addımlar atmağa imkan verir.
"Far.Az" xəbər verir ki, bu barədə Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Tarif və ticarət məsələləri üzrə müvəqqəti direktoru Qael Qrubi (Gael Grooby) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən "Yaşıl Gömrüklər: Davamlı ticarətin asanlaşdırılması, innovasiya və standartlarla inkişafı" adlı tədbirdə deyib.
O bildirib ki, iki əvvəl yaradılan Yaşıl Gömrük Fəaliyyət Planı 3 əsas məsələyə diqqəti çəkir: "Birincisi, gömrük komitələri və ÜGT olaraq karbon emissiyalarının azaldılmasında rol oynamaq, ekoloji cəhətdən təmiz yanaşma qəbul etməkdir. İkinci məsələ sərhəddə ekoloji qanunların icrasını təmin etmək üçün ÜGT və gömrük orqanları olaraq konkret addımları müəyyən etmək, üçüncüsü isə gömrük orqanlarınınətraf mühitinə təsirini minimuma endirmək vı davamlı təcrübələri təşviq etmək üçün təlimatların təmin edilməsidir”.
O qeyd edib ki, bu kontekstdə əsas prioritetimiz sərhəddən keçən və ya çıxan hər şeyi dəqiq yoxlamaq və yalnız icazə verilən məhsulların hərəkətini təmin etməkdir.
Oxşar xəbərlər
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
COP29 qlobal səviyyədə istixana qaz emissiyalarının balansını təmin edəcək - FOTO - ANALİZ
XİN başçısı BMT BA-nın 79-cu sessiyasında çıxış edib - YENİLƏNİB
AZAL karbon emissiyalarının kompensasiyası proqramına start verir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Zərdabda yol qəzası baş verib, 5 nəfər yanaraq ölüb
-
Bakıda keçiriləcək dünya çempionatı üçün Azərbaycan millisinin seçim prosesi davam edir
-
Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub - YENİLƏNİB
-
SEPAH: ABŞ-nin F-35, F-16, F-15 qırıcılarının sığınacaqları hədəfə alınıb
-
Sədr müavini: Dini Komitə xaricdəki azərbaycanlıların dini-mənəvi ehtiyaclarına dəstəyi gücləndirib
-
Zərdabda dəhşətli yol qəzası baş verib, 5 nəfər yanaraq ölüb













