Türkiyədə qidadan zəhərlənənlərin sayı 88 nəfərə çatdı
Far.Az xəbər saytı

Türkiyədə qidadan zəhərlənənlərin sayı 88 nəfərə çatdı


Türkiyənin Siirt vilayətinin Kurtalan rayonunda qidadan zəhərlənənlərin sayı 88 nəfərə çatıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, xəstəxanaya müraciət edənlərin 77-si şagirddir. Qeyd olunur ki, 55 nəfər ambulator müalicə alıb, 33 nəfər isə xəstəxanaya yerləşdirilib.

İlkin araşdırmalar nəticəsində zərərçəkənlər Kayabağlar rayonunda fəaliyyət göstərən müəssisədən toyuq lavaşlarını istehlak etdiyi müəyyən olunub.

Məlum olub ki, toyuq lavaşlarının bəziləri məktəb yeməkxanasından qablaşdırılıb, digərləri isə birbaşa müəssisədən alınıb. Hadisənin səbəbini müəyyən etmək üçün nümunələr götürülüb və müəssisə sahibi məhkəmə istintaqı çərçivəsində saxlanılıb.

Oxşar xəbərlər

Türkiyədə qidadan zəhərlənənlərin sayı 88 nəfərə çatıb - Yenilənib
Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib
Xınalıq ağ örpəyə büründü - Qarın hündürlüyü 20 santimetrə çatdı
Masallıda qanunsuz fəaliyyət göstərən toyuq kəsimi sexi aşkarlandı
Türkiyədə "Doğu Akdeniz - 2025" təlimi başa çatdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər