Bakıda turistə təbii kürü adı ilə süni məhsul satılıb?
Bakıda yerləşən Yaşıl bazarda amerikalı turistə təbii kürü əvəzinə süni məhsul satıldığı iddia edilir.
Baku TV-nin məlumatına görə, amerikalı turist aldığı kürünün saxta olduğunu hotelə qayıtdıqdan sonra aşkar etdiyini bildirib. Onun sözlərinə görə, bazarda məhsulun dadına baxıb bəyəndikdən sonra alış-veriş edib. Lakin hoteldə bankanı açarkən kürünün plastikdən hazırlandığını düşündüyünü deyib.
Turist iddia edib ki, məhsulu qaytarmaq üçün yenidən mağazaya müraciət edib. Bu dəfə ona başqa kürü verilsə də, çəkidə aldadıldığını və bankadakı məhsulun miqdarının az olduğunu bildirib.
Məsələ ilə bağlı satıcı da danışıb. O, turistin bazarda kürünün dadına baxdığını və məhsulu bəyəndikdən sonra aldığını deyib. Satıcının sözlərinə görə, turist məhsuldan narazı qaldıqdan sonra geri qayıdıb və ona əvəzində başqa kürü verilib. O, ikinci dəfə məhsula görə əlavə pul almadığını, turistin çəkidə aldadılması iddiası ilə razılaşmadığını bildirib.
Satıcı satışda olan kürünün təbii olduğunu deyərək məhsula aid sənədləri də təqdim edib. Bununla belə, tərəflərin iddialarının doğruluğunu təsdiqləyən müstəqil ekspertiza nəticəsi təqdim olunmayıb.
Süni kürü bəzi hallarda təbii kürüyə bənzədiyindən istehlakçılara həqiqi məhsul adı ilə təqdim edilə bilər. Xüsusilə kürü haqqında kifayət qədər məlumatı olmayan alıcılar bu fərqi müəyyənləşdirməkdə çətinlik çəkirlər.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatına görə, cari il ərzində 10 ərzaq bazarında, səkkiz ticarət obyektində, 14 idxalçı anbarında və 63 ictimai iaşə obyektində monitorinqlər keçirilib. Yoxlamalar zamanı yararlılıq müddəti bitmiş məhsulların satışı, eləcə də süni kürünün təbii kürü adı altında təqdim edilməsi halları aşkarlanıb.
Süni kürü jelatin, yosun ekstraktları, nişasta, boya maddələri, bitki yağları və müxtəlif dadlandırıcılar vasitəsilə hazırlana bilər.
Mütəxəssislər bildirirlər ki, təbii kürünün dənəcikləri balığın növündən asılı olaraq rəng və ölçü baxımından fərqlənə bilər. Süni kürüdə isə dənəciklər çox vaxt daha eyni formalı və rəngli olur. İstehlakçılara kürünü alarkən məhsulun etiketinə, istehsalçı məlumatlarına, mənşəyinə, uyğunluq sənədlərinə və saxlanma şəraitinə diqqət yetirmək tövsiyə olunur.
Oxşar xəbərlər
Prezident Naxçıvanda elektrik mühərrikli yeni avtobuslara baxıb, dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olub
Bytelecom-da alış-veriş Bodruma səyahət imkanı qazandırır
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Bakıda bu bazarlarda saxta kürü məhsulları satılırmış
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ekologiya və təbii sərvətlər naziri Yevlaxda vətəndaşları qəbul edib
-
Rəşad Nəbiyev Qəbələdə vətəndaşları qəbul edib
-
FHN Qubada texniki təhlükəsizlik mövzusunda seminar-müşavirə keçirib
-
ADSEA sədri Cəbrayıl şəhərində vətəndaşlarla görüşüb
-
ABŞ-də süni intellektlərin bloklanması üçün qanun layihəsinin irəli sürülməsinə başlanılıb
-
Premyer Liqanın VIII turunda "Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub edib













