Aİ və Türkiyə ticarət maneəsini aradan qaldırmağı, gömrük prosedurlarını sürətləndirməyi razılaşdırıblar
Avropa İttifaqı (Aİ) və Ankara Türkiyənin TAREKS idxal nəzarəti sistemi ilə bağlı Avropa ixracatçıları üçün maneələrdən birini aradan qaldırıblar, həmçinin xarici ticarətin etibarlı iştirakçılarının proqramlarının qarşılıqlı tanınması barədə razılığa gəliblər.
"Report"un Avropa bürosunun məlumatına görə, Avropa komissarı Maroş Şefçoviç bu barədə Brüsseldə Aİ-Türkiyə yüksək səviyyəli ticarət dialoqunun yekunlarına əsasən keçirilən brifinqdə açıqlayıb.
"Türkiyə bu sistemin Aİ ixracatçıları üçün istifadəsini asanlaşdırmalı olan şəffaflığı artırmaq üçün bir sıra tədbirlər həyata keçirdi", - M.Şefçoviç deyib.
Onun sözlərinə görə, tərəflər qalan texniki məsələlərin həlli üçün birgə işləməyə davam edəcəklər.
Bundan əlavə, Aİ və Türkiyə Səlahiyyətli İqtisadi Operator (AEO) proqramlarının qarşılıqlı tanınması barədə razılığa gəlib və bu, dünən Aİ-nin rəsmi jurnalında dərc olunub.
"Sadəcə, hər iki tərəf indi digərini xarici ticarətdə etibarlı iştirakçı kimi tanıyır. Hər iki tərəf tərəfindən təhlükəsiz hesab edilən mallar sərhədləri daha tez keçir", - M.Şefçoviç izah edib.
O, müqaviləni mövcud Aİ-Türkiyə Gömrük İttifaqı çərçivəsində fasiləsiz ticarət axınlarının təmin olunması və gömrük əməkdaşlığının inkişaf etdirilməsi istiqamətində irəliyə doğru addım adlandırıb.
M.Şefçoviç qeyd edib ki, 2025-ci ildə Aİ ilə Türkiyə arasında ticarət təxminən rekord həddə - 218 milyard avroya çatıb. Xidmət ticarəti 40 milyard avronu keçib.
Türkiyə Aİ-nin beşinci ən böyük ticarət tərəfdaşıdır və Aİ-nin ümumi mal ticarətinin 4 %-dən çoxunu təşkil edir. Aİ həmçinin Türkiyə iqtisadiyyatına ən böyük investor olaraq qalır və ölkənin birbaşa xarici investisiyalarının yarısından çoxunu təşkil edir.
Avropa Komissarının sözlərinə görə, danışıqlarda iştirak edən Avropa və Türkiyə bizneslərinin nümayəndələri iqtisadi əlaqələrin daha da dərinləşdirilməsini və Gömrük İttifaqının modernləşdirilməsini, o cümlədən yaşıl və rəqəmsal transformasiyanı dəstəkləyiblər.
Türkiyənin ticarət naziri Ömər Bolat öz növbəsində bildirib ki, tərəflər Gömrük İttifaqının tətbiqi, mövcud ticarət maneələrinin aradan qaldırılması və yeni sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.
O, vurğulayıb ki, Gömrük İttifaqının üç on il ərzində formalaşmış Avropa İttifaqı ilə Türkiyənin istehsal zəncirlərinin sıx inteqrasiyası iqtisadi əlaqələrin daha da gücləndirilməsini tələb edir.
Oxşar xəbərlər
Bakıda D-8 ölkələrinin Gənclər Dialoqunun rəsmi açılış mərasimi keçirilib
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
"Birliyin Gücü - 2026" birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilir
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ Senatı dizel razılaşmasından sonra Trampı dərhal kursu dəyişməyə çağırıb
-
İsmayıllıda həbs edilən bələdiyyə sədrinə 8 il 1 ay həbs cəzası verildi
-
Sabahdan Novxanı-Pirşağı istiqamətində kanalizasiya kollektorunun tikintisinə başlanılır
-
Azərbaycan BMT-də ənənəvi enerji olmadan qısa müddətdə inkişafın mümkünsüzlüyünü vurğulayıb
-
AİB Bakı metropolitenində əməliyyatların modernləşdirilməsi üçün 302 milyon dollar kredit ayırıb
-
"Gəncə" FIBA Avropa Kubokunda ilk ev oyununu keçirəcək













