Rauf Əliyev: "Neftçi" ilə oyunda "Qarabağ"ın qələbə şansını daha çox hesab edirəm"
Far.Az xəbər saytı

Rauf Əliyev: "Neftçi" ilə oyunda "Qarabağ"ın qələbə şansını daha çox hesab edirəm"


"Neftçi" ilə oyunda "Qarabağ"ın qələbə şansı nisbətən çoxdur.

Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin və adıçəkilən hər iki klubun keçmiş futbolçusu Rauf Əliyev deyib.

37 yaşlı sabiq hücumçu Misli Premyer Liqasının VIII turunda üz-üzə gələcək "Qarabağ" və "Neftçi" komandalarının şanslarını dəyərləndirib:

"Bizi çox maraqlı oyun gözləyir. Çünki hər iki komanda cari mövsüm Premyer Liqada çempionluğa əsas namizədlərdəndirlər. Lakin "Qarabağ" əvvəlki illərə nisbətən daha rəqabətli çempionatda oynayır. Çünki rəqiblər də gücləniblər. "Neftçi" və "Sabah" komandaları "Qarabağ"ın əsas rəqiblərindəndir. Bu baxımdan Ağdam klubu üçün cari mövsüm Premyer Liqada çıxış etmək elə də rahat deyil. Bununla belə, "Neftçi"yə qarşı matçda "Qarabağ"ın qələbə şansını nisbətən daha çox hesab edirəm. Adına layiq derbi izəyəcəyimizə inanıram və hər iki kollektivə uğurlar arzu edirəm".

Qeyd edək ki, "Qarabağ" – "Neftçi" matçı bu gün Tofiq Bəhramov adına Respublika stadionunda, saat 19:00-da start götürəcək.

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər