Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib
Far.Az xəbər saytı

Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib


"Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Ermənistanda barəsində iki aylıq həbs qətimkan tədbiri seçilmiş Azərbaycan ordusunun hərbi qulluqçusu Nəsimi Musayevə hələlik baş çəkməyib".

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Sputnik Ermənistan"a BQXK-nın Ermənistandakı nümayəndəliyinin kommunikasiya və ictimaiyyətlə əlaqələr proqramlarının rəhbəri Zara Amatuni bildirib.

"Bizim bu məsələ ilə məşğul olmaq üçün mandatımız var. Hazırda görüş baş tutmayıb. Bu məsələ ilə bağlı Ermənistan hökuməti ilə dialoq aparırıq", - deyə Amatuni qeyd edib.

Xatırladaq ki, Azərbaycan ordusunun hərbi qulluqçusu Nəsimi Musayev oktyabrın 1-də Ermənistanın təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Zəngəzurun Şəki kəndi yaxınlığında naməlum səbəblərdən sərhədi keçən hərbçi barəsində ikiaylıq həbs qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Ermənistanda azərbaycanlıların yaşadığı Güllübulaq kəndinin tarixi araşdırılıb
Niyaməddin Musayev, Ağaəli İbrahimov və bir sıra şəxsə Mədəniyyət Nazirliyinin Fəxri diplomu verilib
Halvaçılığdan ipəkçiliyə, tarixin rəngli pəncərələrinə - Şəki SƏFƏRİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər