Azərbaycanın stolüstü tennisçiləri Polşada beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar
Far.Az xəbər saytı

Azərbaycanın stolüstü tennisçiləri Polşada beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar


Azərbaycan stolüstü tennisçiləri növbəti beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar.

Bu barədə "Far.Az"a Azərbaycan Stolüstü Tennis Federasiyasından məlumat verilib.

Oktyabrın 18-dən etibarən Polşanın Zeleno Qura şəhərində təşkil olunacaq hazırlıq prosesində komandanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə Rüstəm Hacılı, Adil Əhmədzadə, Onur Quluzadə, Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Mərziyyə Nurmətova və Aylin Əsgərova iştirak edəcək.

Təlim-məşq toplanışının əsas məqsədi idmançıların qarşıdakı beynəlxalq yarışlara hazırlığının gücləndirilməsidir.

Toplanışa oktyabrın 31-də yekun vurulacaq.

Oxşar xəbərlər

Tennis məşqçilərinin akkreditasiya proqramının ikinci moduluna start verilib
Stolüstü tennis üzrə Azərbaycan çempionatının qaliblərinin adına aydınlıq gəlib
Azərbaycanın stolüstü tennisçiləri Çində beynəlxalq təlim-məşq toplanışına qatılacaq
Azərbaycan stolüstü tennisçiləri Belçikanın açıq çempionatında çıxış edəcəklər
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər