Slovakiya Ukrayna üçün yeni Avropa kreditinə qoşulmayacaq
Far.Az xəbər saytı

Slovakiya Ukrayna üçün yeni Avropa kreditinə qoşulmayacaq


Slovakiya Ukrayna üçün nəzərdə tutulan yeni Avropa kreditinə qoşulmayacaq.

"Report"un yerli "ta3" telekanalına istinadən verdiyi məlumata görə, bunu ölkənin Baş naziri Robert Fitso parlamentin Avropa məsələləri komitəsinin iclasında bildirib.

Onun sözlərinə görə, kreditin ayrılması barədə qərar qəbul ediləcəyi təqdirdə, Slovakiya ilk kreditlə bağlı mövqeyini qoruyub saxlayacaq.

Fitso bu açıqlamanı Brüsseldə keçiriləcək Avropa İttifaqı Şurasının sammitinə yola düşməzdən əvvəl verib.

Hökumət başçısı, həmçinin Slovakiya və Ukrayna hökumətləri arasında birgə danışıqların noyabrın 5-də Lvov şəhərində keçiriləcəyini bildirib.

Oxşar xəbərlər

İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub
Daxili kreditlə mənzil arzulayanlara əla təklif: Nərimanovda mənzillər yenidən daxili kreditlə satışdadır - "Kristal!"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər