"Sədərək" Ticarət Mərkəzində hicablı xanımlar işdən çıxarılırlar?
Far.Az xəbər saytı

"Sədərək" Ticarət Mərkəzində hicablı xanımlar işdən çıxarılırlar?


"Sədərək" Ticarət Mərkəzində işləyən hicablı xanımların işdən çıxarılacağı iddia olunub.

Far.Az Oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkədə bir qrup insan tərəfindən edilən paylaşımlarda bəzi mağazalarda oktyabrın 15-dən etibarən hicablı xanımların işə gəlməmələri bildirildiyi qeyd olunub.

Məsələ ilə bağlı açıqlamasında "Sədərək" Ticarət Mərkəzinin mətbuat katibi Kəmaləddin Qədim deyib ki, sözügedən iddialar əsassızdır:

"Ölkəmizdə hicabla bağlı heç bir qadağa yoxdur. Dünyəvilik prinsipinə əsaslan vahid məktəbli geyiminin tətbiqinin ölkədə hicabın qadağası ilə əlaqələndirmək düz deyil. Burada söhbət hicabın ləğvindən getmir. "Sədərək" Ticarət Mərkəzində də hicablı xanımlarla bağlı hər hansı məhdudiyyət tətbiq edilməyib. Tamamilə əsassız və yalan məlumatdır. Bizim mərkəz sahibkarlardan ibarətdir. Sahibkarları biz işə götürmüşük ki, indi də işdən çıxarmaq barədə əmr verək? Sahibkarlar burada öz bizneslərini qurublar. "Sədərək" Ticarət Mərkəzində də heç kim hicablı şəxslərin içəri buraxılmaması barədə göstəriş verə bilməz. Gəlib baxın, görün burada nə qədər hicablı xanım var".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Lökbatanda anbarda GÜCLÜ YANĞIN - Kəmaləddin Heydərov hadisə yerinə gəldi
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər