Salyanda minik avtomobili aşıb, bir nəfər ölüb
Far.Az xəbər saytı

Salyanda minik avtomobili aşıb, bir nəfər ölüb


Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Far.Az"un Aran bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistralının rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Masallı rayon sakini 1979-cu il təvəllüdlü Nəcəfov Nicat Şahbala oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza nəticəsində xəsarət alan Masallı rayon sakinləri - 1957-ci il təvəllüdlü Əzəmət Əkbərova və 1970-ci il təvəllüdlü Müşfiq Mikayılov Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlərin səylərinə baxmayaraq, M. Mikayılov xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Bakı–Ələt–Qazax magistralının sonuncu hissəsinin genişləndirilməsi yekunlaşmaq üzrədir
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Ələt-Astara yolunda zəncirvari qəza: Yeddi nəfər xəsarət alıb
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər