Dayısı arvadını qətlə yetirdikdən sonra meyit üzərində əxlaqsız hərəkətlər edibmiş
Cəlilabadda dayısı arvadı, 1999-cu il təvəllüdlü S.C.-ni xüsusi amansızlıqla qətlə yetirən 15 yaşlı A.Ə.-nin məhkəmə prosesi başa çatıb.
Far.Az Xitab24.az-a istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxsə hökm oxunub.
Hökmə əsasən, 2011-ci il təvəllüdlü A.Ə. 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Ona cəza təyin edilərkən CM-nin 85.5-ci maddəsi (yetkinlik yaşına çatmayanlara 10 ildən çox olmayan müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilir) nəzərə alınıb.
Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkəcək.
Hadisəyə gəlincə, ittiham aktına görə, Rusiyadan Azərbaycana qayıdan yeniyetmə dayısıgildə yaşayıb və bir müddət sonra onun dayısı arvadına qarşı cinsi istəyi yaranıb. Yeniyetmə bu istəyini yalnız dayısı arvadını öldürəndən sonra həyata keçirə biləcəyini düşünüb və qadına bıçaqla çoxsaylı zərbələr endirərək onu həyatdan məhrum edib.
A.Ə. qadını öldürdükdən sonra onun meyiti üzərində əxlaqsız hərəkətlər edib.
Məhkəmədə qadının əri, A.Ə.-nin dayısı ifadəsində bacısı oğluna qarşı şikayətinin olmadığını, ona yüngül cəza verilməsini istəyib.
İş materiallarında olan kompleks stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizasının rəyinə əsasən, yeniyetmə hadisəni törədərkən anaqlı vəziyyətdə olub, törətdiyi əməli dərk edib. Onda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik aşkarlanmayıb.
Qeyd edək ki, hadisə bu ilin iyununda qeydə alınıb.
Oxşar xəbərlər
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Ermənistan vətəndaşlarının məhkəməsində hökm elan olunub - YENİLƏNİB
Arayik Arutyunyan və digərlərinə hökm oxundu
Amnistiya aktı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Nərimanovda mənzillər üçün satış şərtləri yeniləndi – ƏTRAFLI
-
Gədəbəydə avtomobil aşıb, ölən var
-
Laçın və Zəngilanda "Səyyar Gənclər Xidməti" fəaliyyət göstərəcək
-
UFC-də qalmaqal böyüyür - Aleks Pereyraya sərt cavab verildi
-
İsrail aviasiyası Livanın cənubunda "Hizbullah"ın mövqelərinə zərbələr endirib
-
Aqşin Ağkəmərli 66 yaşında vəfat etdi













