"MJ Finance" BOKT-un vəzifəli şəxsi cərimələnib
Far.Az xəbər saytı

"MJ Finance" BOKT-un vəzifəli şəxsi cərimələnib


Azərbaycan Mərkəzi Bankı (AMB) "MJ Financ" ASC bank olmayan kredit təşkilatının (BOKT) vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.

"Far.Az" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, aparılan cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulduğu üzə çıxıb. Odur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddələrinə əsasən BOKT-un vəzifəli şəxsi isə 2 min manat cərimə edilib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Nazir bu müəllimləri təltif edildi - ADLAR
"İdeal Kredit" BOKT və onun vəzifəli şəxsi cərimələnib
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər