Azərbaycanda nəqliyyat və anbar xidmətlərinin ümumi dəyəri 10 % artıb
Far.Az xəbər saytı

Azərbaycanda nəqliyyat və anbar xidmətlərinin ümumi dəyəri 10 % artıb


Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda nəqliyyat və anbar təsərrüfatı sahəsində 12 milyard 816,6 milyon manat məbləğində çox xidmət göstərilib.

Bu barədə "Far.Az"a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 10 % çoxdur.

Xidmətlərin 7 milyard 652,2 milyon manatı (59,7 %-i) yük daşınması, 3 milyard 495,5 milyon manatı (27,3 %-i) sərnişin daşınması, 1 milyard 668,9 milyon manatı (13 %-i) isə anbar təsərrüfatı və poçt xidmətlərinin payına düşür.

Nəqliyyat sektorunda 183,1 milyon ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 3 % çox yük daşınıb. Yüklərin 63,5 %-i avtomobil, 25,1 %-i boru kəməri, 7,6 %-i dəmir yolu, 3,6 %-i dəniz, 0,2 %-i hava nəqliyyatı ilə daşınıb.

Daşınmış sərnişinlərin sayı 1 milyard 771,3 milyon nəfər və ya ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 % çox olub. Sərnişinlərin 90,5 %-i avtomobil nəqliyyatı, 8,8 %-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Oxşar xəbərlər

Horadiz-Ağbənd dəmir yolu ilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınmasına başlandı
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Prezident Naxçıvanda elektrik mühərrikli yeni avtobuslara baxıb, dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olub
Cari ildə iki milyard sərnişin, 217.9 milyon ton yük daşınıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər