ATPF Qazaxıstanda keçirilən World Tennis Baş Assambleyasında təmsil olunub
Azərbaycan Tennis və Padel Federasiyası Qazaxıstanın Almatı şəhərində keçirilən World Tennis Baş Assambleyasında iştirak edib. Tədbirdə federasiyanı baş katib Sara Abasova təmsil edib.
Far.Az xəbər verir ki, 10–13 oktyabr tarixlərini əhatə edən tədbirlər proqramı milli federasiyaların rəhbərlərini, beynəlxalq və regional tennis təşkilatlarının nümayəndələrini, mütəxəssisləri və tərəfdaşları bir araya gətirib. Baş Assambleya ilk dəfə Mərkəzi Asiyada təşkil olunub.
Proqram çərçivəsində 10–11 oktyabrda Direktorlar Şurasının iclasları, ardınca regional görüşlər, panel müzakirələri və təqdimatlar keçirilib. Oktyabrın 13-də isə Baş Assambleyanın əsas iclası baş tutub. İştirakçılar tennisin daha əlçatan olması, uşaq və yeniyetmə tennisinin inkişafı, idman infrastrukturunun təkmilləşdirilməsi, məşqçi və hakim hazırlığı, eləcə də beynəlxalq yarışların təşkili məsələlərini müzakirə ediblər. Milli federasiyalara dəstək və beynəlxalq əməkdaşlığın gücləndirilməsi də gündəliyin əsas mövzuları sırasında olub.
"İmkanlar dünyası" mövzusu altında keçirilən konfrans sessiyalarında müxtəlif yaş və hazırlıq səviyyələrindən olan insanların tennisə cəlb edilməsi, kütləvi iştirakın artırılması və idmana davamlı marağın yaradılması istiqamətində təqdimatlar edilib. Baş Assambleyanın rəsmi iclasında üzvlük və təşkilatın nizamnaməsi ilə bağlı qətnamələrə baxılıb, səsvermələr keçirilib.
Qalereya
Oxşar xəbərlər
ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
AQEM-in 7-ci Zirvə Görüşü keçirilib, İlham Əliyev tədbirdə çıxış edib - yenilənib-5
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Premyer Liqa: "Kəpəz" doğma meydanda "Zirə" ilə heç-heçə edib
-
Türkiyədə dini mərasimdə 100 nəfər qidadan zəhərlənib
-
Azərbaycan şirkətləri Avropa bazarındakı imkanlardan niyə tam istifadə edə bilmirlər?
-
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi Romada fotofaktlarla nümayiş etdirilib
-
Bakıda azyaşlının burnundan gilas tumu çıxarıldı - 2 ildir qalıbmış
-
Türkiyə Moskva və Vaşinqton müqaviləsi çərçivəsində Rusiyadan dizel yanacağı alacaq













