"Sabah"ın qapıçısı Stas Pokatilov UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
Far.Az xəbər saytı

"Sabah"ın qapıçısı Stas Pokatilov UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib


"Sabah" klubunun və Qazaxıstan millisinin qapıçısı Stas Pokatilov UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib.

"Report" xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Rəmzi yığmada müdafiəçilər Fredrik Şevold ("Budyo-Qlimt"), Yeff Şabo ("Ştutqart"), Henrik Falkhener ("Vikinq") və Maksimiliano Arauxo ("Sportinq") yer alıblar.

Yarımmüdafiəçilər arasında Vitinya (PSJ) və Joan Manzambi ("Aston Villa"), hücumçulardan isə Lamin Yamal ("Barselona"), Bredli Barkola ("Liverpul"), Harri Keyn ("Bavariya") və Nikolo Trezoldi ("Brügge") rəmzi heyətə daxil edilib.

Qeyd edək ki, "Sabah" UEFA Çempionlar Liqasının II turunda doğma meydanda Çexiyanın "Slaviya" klubunu 2:0 hesabı ilə məğlub edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər
Lamin Yamal 19 yaşını belə qeyd etdi
Qəbələdə Çexiyanın Baş naziri Andrey Babişin rəsmi qarşılanma mərasimi olub
Bredli Barkola UEFA Çempionlar Liqasının II turunun ən yaxşı futbolçusu seçilib
UEFA Çempionlar Liqası: "Sabah" "Slaviya" ilə oyunda hesabı açıb - YENİLƏNİR-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər