IMF 2026-2027-ci illərdə Azərbaycan iqtisadiyyatının orta illik artımını 2 % səviyyəsində gözləyir
Far.Az xəbər saytı

IMF 2026-2027-ci illərdə Azərbaycan iqtisadiyyatının orta illik artımını 2 % səviyyəsində gözləyir


Beynəlxalq Valyuta Fondu (IMF) 2026-cı ildə Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) 1,7 %, 2027-ci ildə isə 2,3 % artacağını proqnozlaşdırır.

"Far.Az" IMF-nin "Dünya iqtisadiyyatının inkişaf perspektivləri: təzyiq altında dayanıqlılıq, təxirəsalınmaz seçim" adlı oktyabr hesabatına əsaslanaraq xəbər verir ki, may proqnozları ilə müqayisədə Azərbaycanın ÜDM artımına dair gözləntilər 2026-cı il üçün 0,5 faiz bəndi, 2027-ci il üçün isə 0,2 faiz bəndi aşağı salınıb.

Fondun hesablamalarına əsasən, qarşıdakı iki il ərzində ölkə iqtisadiyyatı orta hesabla illik 2 % artım nümayiş etdirəcək.

Yenilənmiş hesablamalara görə, IMF Azərbaycanda orta illik inflyasiyanı 2026-cı il üçün 5,8 %, 2027-ci il üçün isə 5,6 % olaraq proqnozlaşdırır. Müqayisə üçün qeyd edək ki, yaz aylarında IMF 2026-cı ildə inflyasiyanı 6 %, 2027-ci ildə isə 4,2 % səviyyəsində gözləyirdi.

Fondun mütəxəssisləri eyni zamanda əmək bazarındakı durumu da dəyərləndirərək Azərbaycanda işsizliyin 2026-cı ildə 5,3 % (2025-ci illə eyni göstərici) olacağını, 2027-ci ilədək isə 5,2 %-ə düşəcəyini proqnozlaşdırıblar.

İqtisadiyyat Nazirliyi bu il ölkənin ÜDM artımını 1,7 %, növbəti il üçün isə 2,7 % həcmində qiymətləndirir. Azərbaycan Mərkəzi Bankı (AMB) isə 2026-cı ildə iqtisadi artımı 0,5 %, 2027-ci ildə isə 2,6 % səviyyəsində proqnozlaşdırır.

İqtisadiyyat Nazirliyinin hesablamalarına əsasən, Azərbaycanda orta illik inflyasiya 2026-cı ildə 5,7 %, 2027-ci ildə isə 5,3 % olacaq. AMB isə iyul proqnozunda 2026-cı ildə inflyasiyanın 6,1 %, 2027-ci ildə isə 5,8 % təşkil edəcəyini gözləyir.

Oxşar xəbərlər

FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda yaz mövsümü ilə əlaqədar genişmiqyaslı daxili iməcilik keçirilib
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər