ARDNF-in xalis mənfəəti kəskin artıb
Far.Az xəbər saytı

ARDNF-in xalis mənfəəti kəskin artıb


Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2025-ci ili 26 milyard 913,177 milyon manat xalis mənfəətlə başa vurub.

"Far.Az" Fondun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 3,4 dəfə çoxdur.

Ötən il ARDNF-in istiqraz investisiyaları üzrə gəlirləri 4 milyard 142,212 milyon manat (əvvəlki ilə nisbətən 6,1 dəfə çox), səhm investisiyaları üzrə gəlirləri 5 milyard 292,075 milyon manat (64,7 % çox), törəmə maliyyə alətləri üzrə gəliri 25,415 milyon manat (əvvəlki il zərər olub), qızıl külçə investisiyaları üzrə gəlirləri 16 milyard 849,884 milyon manat (5 dəfə çox), özəl səhm fondları üzrə gəlirləri 360,866 milyon manat (4,2 % çox), infrasturktur fondları üzrə gəliri 98,083 milyon manat (3,1 dəfə çox), daşınmaz əmlak fondları üzrə zərəri 14,054 milyon manat (əvvəlki il gəlir olub), investisiya mülkiyyəti üzrə gəlirləri 73,178 milyon manat (13,9 % az), amortizasiya olunmuş dəyərlə ölçülən maliyyə alətləri üzrə məzənnə fərqindən yaranan zərəri 809 min manat (133,6 dəfə az), effektiv faiz dərəcəsi metodu ilə hesablanmış faiz gəlirləri 154,643 milyon manat (29,2 % az), sair gəlirləri 31,942 milyon manat (17,5 % az), əməliyyat xərcləri 140,932 milyon manat (78,2 % çox), birgə müəssisələrin vergidən sonrakı maliyyə nəticələrindəki pay üzrə gəlirləri 43,644 milyon manat (71,3 % çox), mənfəət vergisi ödəmələri isə 2,97 milyon manat (37,9 % az) təşkil edib.

Bu il yanvarın 1-nə ARDNF-in aktivləri 125 milyard 720,247 milyon manat olub ki, bu da illik müqayisədə 22,5 % çoxdur. Hesabat dövründə Fondun öhdəlikləri 11,3 % artaraq 471,688 milyon manata, balans kapitalı isə 22,5 % artaraq 125 milyard 248,559 milyon manata çatıb.

Xatırladaq ki, ARDNF ölkə Prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb. Fondun əsas vəzifəsi Azərbaycan vətəndaşlarının bugünkü və gələcək nəsillərinin mənafeyi naminə ölkənin payına düşən neft-qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsindən, habelə qurumun öz fəaliyyətindən əldə olunan gəlir və digər vəsaitin yığılmasını, səmərəli idarə olunmasını təmin etməkdir.

Oxşar xəbərlər

İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Azərbaycan regional kapital mərkəzinə çevrilir: ARDNF və "Brookfield" imkanları birgə araşdıracaq - TƏHLİL
"Bank Respublika" "Qızıl Seçim" lotereyasının ikinci tirajının qaliblərini elan etdi!
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Tuapsedə PUA hücumundan sonra "qara yağış" canlılara ZƏRƏR VURUB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər