Gürcüstan Azərbaycana avtomobillərin ehtiyat hissələri ixracını 31 % artırıb
Far.Az xəbər saytı

Gürcüstan Azərbaycana avtomobillərin ehtiyat hissələri ixracını 31 % artırıb


Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycana 1,97 milyon ABŞ dolları dəyərində 115 ton avtomobillər üçün ehtiyat hissələri və aksesuar ixrac edib.

"Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünə nisbətən dəyər ifadəsində 6 %, kəmiyyət olaraq 31 % çoxdur.

Beləliklə, Azərbaycan Gürcüstanın sözügedən məhsulları ixrac etdiyi ölkələr sırasında 1-ci yerdə qərarlaşıb.

Bu ilin ilk 9 ayında Gürcüstan xarici ölkələrə 5 milyon ABŞ dolları dəyərində 386 ton avtomobil aksesuarı və ehtiyat hissələri satıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 33 % və 9 % azdır.

Hesabat dövründə Gürcüstan Ermənistana 1,49 milyon ABŞ dolları dəyərində 147 ton, Türkiyəyə 656 min ABŞ dolları dəyərində 33 ton, Honkonqa 354 min ABŞ dolları dəyərində 15,3 ton, Birləşmiş Ərəb Əmirliklərinə 84,2 min ABŞ dolları dəyərində 3,4 ton tədarük həyata keçirib.

Xatırladaq ki, 2025-ci ildə Gürcüstan 9,45 milyon ABŞ dolları dəyərində 618 ton avtomobil aksesuarı və ehtiyat hissələri ixrac edib ki, bunun da 2,6 milyon ABŞ dolları dəyərində 115 tonu Azərbaycanın payına düşüb.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Gürcüstan Azərbaycana avtomobillərin ehtiyat hissələri ixracını 60 % artırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər