Gürcüstan Azərbaycana avtomobillərin ehtiyat hissələri ixracını 60 % artırıb
Far.Az xəbər saytı

Gürcüstan Azərbaycana avtomobillərin ehtiyat hissələri ixracını 60 % artırıb


Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycana 1,8 milyon ABŞ dolları dəyərində 109,1 ton avtomobillər üçün ehtiyat hissələri və aksesuar ixrac edib.

"Far.Az"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünə nisbətən dəyər ifadəsində 8,5 %, kəmiyyət olaraq 60 % çoxdur.

Beləliklə, Azərbaycan Gürcüstanın sözügedən məhsulları ixrac etdiyi ölkələr sırasında 1-ci yerdə qərarlaşıb.

Bu ilin ilk 8 ayında Gürcüstan xarici ölkələrə 4,6 milyon ABŞ dolları dəyərində 357 ton avtomobil aksesuarı və ehtiyat hissələri satıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 35 % və 8 % azdır.

Hesabat dövründə Gürcüstan Ermənistana 1,4 milyon ABŞ dolları dəyərində 129 ton, Türkiyəyə 517 min ABŞ dolları dəyərində 30 ton, Honkonqa 354 min ABŞ dolları dəyərində 15,3 ton, Suriyaya 81,2 min ABŞ dolları dəyərində 31,7 ton tədarük həyata keçirib.

Xatırladaq ki, 2025-ci ildə Gürcüstan 9,45 milyon ABŞ dolları dəyərində 618 ton avtomobil aksesuarı və ehtiyat hissələri ixrac edib ki, bunun da 2,6 milyon ABŞ dolları dəyərində 115 tonu Azərbaycanın payına düşüb.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan I yarımildə Gürcüstanın avtomobillərin ehtiyat hissələrini satdığı əsas bazar olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər