Premyer Liqa: VIII turun açılış matçında "Şamaxı" "Şəfa"ya qalib gəlib
Far.Az xəbər saytı

Premyer Liqa: VIII turun açılış matçında "Şamaxı" "Şəfa"ya qalib gəlib


Misli Premyer Liqasında VIII turun açılış matçında "Şamaxı" "Şəfa"ya qalib gəlib.

"Report" xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan matç ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda ilk iki qolu qonaq komanda vurub. Elnur Cəfərov (5) və Rauf Hüseynli (56-p.) adlarını tabloya yazdırıblar. Bölgə təmsilçisinin heyətində isə Joao Oliveyra (65), Həbib İsmayılov (81) və Rikardo Apolinario (90+5-p.) diqqət mərkəzinə düşüblər.

"Şamaxı" 13 xalla turnir cədvəlində beşinci sırada qərarlaşıb. 3 xalı olan "Şəfa" 11-cidir.

Qeyd edək ki, VIII tura oktyabrın 18-də yekun vurulacaq.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
Azərbaycan və BƏƏ prezidentləri Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər