Azərbaycan və Küveyt ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirəcək
Azərbaycan və Küveyt ərzaq təhlükəsizliyi, kənd təsərrüfatı, torpaqların bərpası və ərzaq ticarəti sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə edib.
"Report" KUNA-ya istinadən xəbər verir ki, bu məsələlər Küveytin inkişaf və dayanıqlılıq üzrə dövlət naziri Rim əl-Fuleyc ilə Azərbaycanın səfiri Emil Kərimovun görüşündə nəzərdən keçirilib.
Görüş Küveytin Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət İdarəsində keçirilib.
Tərəflər kənd təsərrüfatı və torpaqların bərpası sahəsində təcrübə mübadiləsi, eləcə də iki ölkə arasında ərzaq məhsulları ilə ticarət həcminin artırılması imkanlarını nəzərdən keçiriblər.
Bundan əlavə, ekoloji siyasətin dəstəklənməsi və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması üçün qarşılıqlı fəaliyyətin və koordinasiyanın genişləndirilməsi müzakirə edilib.
Oxşar xəbərlər
Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Bakının mərkəzində QHT-lər milli baş örtüyü – kəlağayı ilə yürüş keçiriblər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məsim Məmmədov: "Laçın rayonundan olan 980 ailə doğma torpaqlarına qayıdıb"
-
Abşeronda toyuq əti emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
-
Azərbaycan neftinin qiyməti 128 dollardan aşağı düşüb
-
Bakıda III Milli Rəqabət Forumu keçirilir
-
Marta Kos: Albaniya islahat tempini qorusa, 2030-cu ilədək Aİ-yə qoşula bilər
-
Hindistanın XİN rəhbəri Azərbaycana gəlib













