Mask ara seçkilərdə respublikaçılara 200 milyon dollardan çox ianə edib
Far.Az xəbər saytı

Mask ara seçkilərdə respublikaçılara 200 milyon dollardan çox ianə edib


Milyarder iş adamı və "Tesla" şirkətinin rəhbəri İlon Mask ABŞ-də keçiriləcək aralıq seçkilərdə respublikaçı namizədləri dəstəkləmək üçün 200 milyon dollardan çox vəsait ayırıb.

Far.Az xəbər verir ki, Federal Seçki Komissiyasının açıqladığı maliyyə hesabatlarına əsasən, sentyabrın 30-da başa çatan üç aylıq dövrdə Maskın ianələrinin böyük hissəsi - 158 milyon dolları Senat Liderlik Fonduna yönəlib. Bu qurum respublikaçıların Senat seçkilərindəki namizədlərini dəstəkləyən siyasi fəaliyyət komitəsidir.

Mask həmçinin 2024-cü il seçkiləri zamanı yaratdığı "America PAC" təşkilatına 80 milyon dollardan çox vəsait köçürüb. Bundan əlavə, Texas ştatında respublikaçı senator Ken Pakstonun tərəfdarlarını dəstəkləyən "Lone Star Liberty PAC" qrupuna 10 milyon dollar ianə edib.

"America PAC" son rübdə Pakstonun demokrat rəqibi Ceyms Talarikoya qarşı rəqəmsal təbliğat, poçt göndərişləri və telefon zəngləri üçün milyonlarla dollar xərcləyib.

Məlumata görə, 2026-cı il aralıq seçkilərində respublikaçılar Konqresin hər iki palatasında - Nümayəndələr Palatasında və Senatda çoxluğu itirmək riski ilə üzləşirlər.

Analitiklərin fikrincə, texnologiya sektorunun rəhbərlərinin respublikaçılara maliyyə dəstəyi göstərməsinin səbəblərindən biri dövlət tənzimləmələrinin məhdud saxlanılması istəyidir. Texasda biznes üçün daha az tənzimləmə və şəxsi gəlir vergisinin olmaması da Maskın bu ştata marağını artıran amillər sırasında göstərilir.

Oxşar xəbərlər

Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Maskın davam edən şousu  - müxalif partiya yaratmaq cəhdi - ŞƏRH
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər