Rusiya İranda Rəşt-Astara dəmir yolunun inşasına gələn il başlamağı planlaşdırır
Far.Az xəbər saytı

Rusiya İranda Rəşt-Astara dəmir yolunun inşasına gələn il başlamağı planlaşdırır


Rusiya və İran 2027-ci ildə İranın şimalında Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə başlamağı planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə "Rusiya Dəmir Yolları" ASC-nin baş direktorunun birinci müavini Sergey Pavlov VIII "New Silk Way" beynəlxalq nəqliyyat-logistika biznes-forumunun kuluarlarında "İnterfaks" agentliyinə bildirib.

O deyib ki, hökumətlərarası sazişin şərtlərinə əsasən, tikinti işlərinin üç il ərzində başa çatdırılması planlaşdırılır:

"Layihə icra olunur, artıq orada tədqiqat işləri aparılır. Sözügedən işlərə bu ilin əvvəlində başlanılsa da, hərbi əməliyyatlar səbəbindən fasilə yaranmışdı, indi isə işlər tam bərpa olunub".

Ötən ilin may ayında Rusiya və İran 162 kilometr dəmir yolu xəttinin çəkilməsi, 8 yeni stansiya, 56 estakada, 73 körpü və 30 yolötürücüsünün inşasının planlaşdırıldığı Rəşt-Astara dəmir yolu xəttinin tikintisi üçün tədqiqat işlərinə başlayıb. Bu sahə "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olacaq.

Layihənin ümumi dəyəri 1,6 milyard avro təşkil edir, Rusiya 1,3 milyard avro ayıracaq. Bu layihə həyata keçirildikdən sonra təkcə dəmir yolu vasitəsilə ümumi yük dövriyyəsinin ildə ən azı 15 milyon ton təşkil edəcəyi gözlənilir.

Oxşar xəbərlər

YAP-ın VIII Qurultayı keçirilib, İlham Əliyev çıxış edib
Bakıda Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirildi
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi layihəsinin 51 %-i icra edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər