AMB risk əsaslı nəzarəti maliyyə sektorunun digər seqmentlərinə də tətbiq edəcək
Azərbaycan Mərkəzi Bankı (AMB) risk əsaslı nəzarəti maliyyə sektorunun digər seqmentlərinə də tətbiq edəcək.
"Report" xəbər verir ki, bunu AMB-nin baş direktoru Fuad İsayev Bakıda keçirilən "Dayanıqlı Biznes: Korporativ İdarəetmə, Risk və Komplayens" adlı tədbirdə bildirib.
"AMB olaraq biz inkişafı tormozlamağın deyil, sağlam inkişafın tərəfdarıyıq. Dəyişkən risk mühiti tənzimləyici qurum kimi qarşımızda müxtəlif çağırışlar yaradır. Hazırda hər hansı bir bankın maliyyə dayanıqlığını yalnız kapital və likvidlik göstəriciləri kontekstində qiymətləndirmək düzgün olmazdı. məsələn, kiberhücum və ya beynəlxalq sanksiyaların pozulması riski maliyyə təşkilatını kifayət qədər böyük maliyyə və reputasiya riskləri ilə üz-üzə qoya bilər. Bu istiqamətdə preventiv addım olaraq AMB qabaqlayıcı və eyni zamanda risk əsaslı tənzimləmə çərçivəsinin qurulmasının tərəfdarıdır", - deyə o qeyd edib.
AMB rəsmisinin sözlərinə görə, 2025-ci ilin sonlarından qurum bank sektorunda ARAS – Azərbaycan Risk Qiymətləndirmə Sistemi tətbiq edir: "Növbəti mərhələlərdə eyni yanaşmanın maliyyə sektorunun digər seqmentlərinə də tətbiqi nəzərdə tutulur. Bu yanaşma bankları yalnız maliyyə göstəriciləri əsasında deyil, eyni zamanda korporativ idarəetmənin səviyyəsi və daxili nəzarət sistemləri baxımından da qiymətləndirməyə imkan verəcək. Bununla yanaşı, nəzarətin rəqəmsal transformasiyası xüsusi diqqət mərkəzindədir. Bildiyiniz kimi, bu istiqamətdə Dünya Bankı ilə birgə layihə çərçivəsində 2024–2029-cu illəri əhatə edən subsektor yol xəritəsi hazırlanıb. Onun tətbiqi məlumatların emalı prosesinin sürətləndirilməsinə, eyni zamanda daha keyfiyyətli bank nəzarətinin qurulmasına dəstək olacaq".
"AMB olaraq maliyyə məhsul və xidmətlərinin inkişaf etdirilməsi, kiçik və orta sahibkarlığın maliyyə xidmətlərinə və resurslarına çıxış imkanlarının genişləndirilməsi, eləcə də dayanıqlı inkişafın dəstəklənməsi istiqamətində tənzimləyici çərçivəni formalaşdırarkən bu amilləri də nəzərə alırıq", - deyə F.İsayev əlavə edib.
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
AQEM-in 7-ci Zirvə Görüşü keçirilib, İlham Əliyev tədbirdə çıxış edib - yenilənib-5
AMB: Kommersiya banklarında korporativ idarəetmə tələbləri yenilənəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sabah"a görə bu müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir
-
"Bakcell"in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
-
Fransada yeni etiraz aksiyasının tarixi AÇIQLANDI
-
Fransada yüksələn Makron diktaturası – hadisələrə tamaşaçı qalan Aİ
-
Tramp Fransadakı kütləvi iğtişaşların səbəbini immiqrasiya siyasəti ilə əlaqələndirib
-
Serbiya və Azərbaycan idman sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib













