AMB: Kommersiya banklarında korporativ idarəetmə tələbləri yenilənəcək
Azərbaycan Mərkəzi Bankı (AMB) kommersiya banklarında korporativ idarəetmə tələblərini yeniləyəcək.
"Far.Az" xəbər verir ki, bunu AMB-nin sədr müavinı Toğrul Əliyev Bakıda keçirilən "Dayanıqlı Biznes: Korporativ İdarəetmə, Risk və Komplayens" adlı tədbirdə bildirib.
"Hazırda müxtəlif tövsiyələr arasından bank sektorunda korporativ idarəetməni növbəti səviyyəyə yüksəldə, sektorun fəaliyyətinə dəstək verə biləcək müddəaları normativ çərçivəyə daxil etməyə hazırlaşırıq. Bu istiqamətdə daxili müzakirələr artıq yekunlaşmaq üzrədir. Yaxın zamanda həmin layihəni bank sektoru ilə paylaşmağı nəzərdə tuturuq. Şübhəsiz ki, sektor mütəxəssislərinin rəyləri bizim üçün olduqca önəmlidir və bu çərçivədə veriləcək tövsiyələrə görə minnətdar olarıq. Bu tövsiyələr bank sektorunda korporativ idarəetmə sahəsində yeniliklərə, qabaqcıl təcrübələrə uyğun olaraq daha mütərəqqi tənzimləmələrə istiqamət verir, eyni zamanda, AMB-nin korporativ idarəetmə ilə bağlı tələblərinin hansı istiqamətdə hərəkət edəcəyi barədə əvvəlcədən məlumat verir", - deyə o qeyd edib.
Bundan başqa, AMB rəsmisi deyib ki, maliyyə sektorunda risklərin idarə edilməsi sabitliyin əsas şərtlərindən biridir: "Qiymətləndirmə yalnız maliyyə nəticələri ilə deyil, həm də risklərin necə idarə olunması, qəbul edilmiş qərarların hansı prinsiplərə söykənməsi, maraqlı tərəflərin etimadının necə qorunması ilə müəyyən edilir. Bu baxımdan, Korporativ İdarəetmə, Risk və Komplayens təşkilatın uzunmüddətli inkişafını, eləcə də AMB-nin fəaliyyət kontekstində maliyyə sisteminin dayanıqlığını dəstəkləyən mühüm institusional çərçivədir. Qlobal iqtisadi mühitdə baş verən dəyişikliklər bu yanaşmanın əhəmiyyətini daha da artırır. Beynəlxalq təşkilatların qiymətləndirmələri iqtisadi, geosiyasi, texnoloji və ekoloji amillərin biznes mühitinə təsirinin düzgün qiymətləndirilməsinin vacibliyini vurğulayır. Bu şəraitdə risklərin vaxtında müəyyən edilməsi, əsaslandırılmış qərarların qəbul olunması və dəyişən şəraitə çevik uyğunlaşma tələb olunur".
Onun sözlərinə görə, komplayensin rolu hüquqi tələblərə riayət etməklə məhdudlaşmır: "Bu çərçivədə məqsədimiz risklərə adekvat olaraq risklərin idarə edilməsi, komplayens və daxili nəzarət sistemlərinin adaptiv inkişaf etdirilməsini təmin etməkdir. Komplayensin rolu ilə bağlı qeyd etmək istərdim ki, məndən əvvəlki natiqlər bu məsələyə kifayət qədər ətraflı toxundular. Ümumiyyətlə, komplayens artıq yalnız hüquqi və tənzimləyici tələblərə riayət olunmasından ibarət deyil. O, həmçinin cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsindən də daha geniş məna daşıyır. Komplayens təşkilatın risk mədəniyyətinin formalaşmasında, məsuliyyətli idarəetmə prinsiplərinin tətbiqində, eləcə də düzgün və dürüst qərarların qəbulunda birləşdirici və mərkəzi rol oynayır. Onun əhəmiyyəti hamımız üçün getdikcə daha da artır".
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Bakı–Ələt–Qazax magistralının sonuncu hissəsinin genişləndirilməsi yekunlaşmaq üzrədir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sabah"a görə bu müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir
-
Bakıda 25 yeni yol çəkiləcək - Tıxac problemi NECƏ HƏLL OLUNACAQ?
-
"Bakcell"in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
-
Bakıda azyaşlının burnundan gilas tumu çıxarıldı - 2 ildir qalıbmış
-
Fransada yüksələn Makron diktaturası – hadisələrə tamaşaçı qalan Aİ
-
Tramp Fransadakı kütləvi iğtişaşların səbəbini immiqrasiya siyasəti ilə əlaqələndirib













