Dövlət qurumlarında xarici vendorların süni intellekt həllərinin istifadəsinə əlavə tələblər hazırlanır
Far.Az xəbər saytı

Dövlət qurumlarında xarici vendorların süni intellekt həllərinin istifadəsinə əlavə tələblər hazırlanır


Azərbaycanda dövlət qurumlarında xarici vendorların və yaxud da hər hansı bir kənar süni intellekt həllərinin istifadəsinə əlavə tələblər hazırlanır.

"Far.Az" xəbər ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) İdarə rəisi Nadir Novruzov Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Estoniyanın Elektron İdarəetmə Akademiyasının (eGA) birgə təşkilatçılığı ilə, "Şərq Tərəfdaşlığı ölkələrində kiberdayanıqlılığın gücləndirilməsi" layihəsi çərçivəsində Bakıda keçirilən Dövlət Qurumlarının İT rəhbərlərinin VIII Zirvə Toplantısında bildirib.

O bildirib ki, bu istiqamətdə dövlət qurumları üçün informasiya təhlükəsizliyi təlimatına əlavə bəndlərin daxil edilməsi üçün bir nümunə göndəriləcək: "Dövlət qurumlarında işləyən əməkdaşlar süni intellekt həllərindən istifadə edərkən hansı qaydalara riayət etsinlər, nə etsinlər ki, məlumatları sızdırmasınlar. İşlərimiz bu istiqamətdə davam edəcək. İlk növbədə dövlət qurumlarında yaradılacaq süni intellektlərə tətbiq olunacaq informasiya təhlükəsizliyi tələblərinin formalaşdırılması istiqamətində işlər görürük. Biz bu tələblərin üzərində işləyirik ki, dövlət qurumları özlərində süni intellekt sistemləri yaratdıqda onları bu tələblərə uyğunlaşdırsınlar və süni intellekt sistemlərinin təhlükəsizliyi təmin olunsun. Bu, dövlət qurumlarında yaradılacaq süni intellekt sistemlərlə bağlıdır".

N.Novruzov qeyd edib ki, kritik əməliyyatlar üçün mütləq insan təsdiqi olmalıdır: "Bütün işlərin avtomatlaşdırılmasını süni intellekt agentlərinin üzərinə qoya bilmərik. Çünki süni intellekt agentlərində hallüsinasiyalar ola, verilən tapşırığı düzgün başa düşməyə və ya hər hansısa kənarlaşmalar baş verə bilər. Buna görə də kritik bir qərar veriləcəksə, həmin qərarlar son nəticə olaraq insan tərəfindən təsdiqlənməlidir".

Oxşar xəbərlər

Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
YAP-ın VIII Qurultayı keçirilib, İlham Əliyev çıxış edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər