Rəşidə Behbudova: "Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı"
Far.Az xəbər saytı

Rəşidə Behbudova: "Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı"


Əməkdar artist Rəşidə Behbudova sosial şəbəkədə Xalq artisti atası Rəşid Behbudovla bağlı paylaşım edib.

Far.Az xəbər verir ki, o mərhum atası ilə bağlı indiyə qədər heç kimə məlum olmayan faktları açıqlayıb.

Rəşidə şəxsi instaqram hesabında atası Rəşid Behbudovun işgəncələrə məruz qaldığını açıqlayıb.

"Azərbaycanın ilk şəhidi - Rəşid Behbudov. Moskvada Qorbaçovun üzünə Qarabağın Azərbaycana məxsus olduğunu deyən, fiziki işgəncələrə məruz qalan, əl və ayaq dırnaqları, dişləri çıxarılan bu kişi olub... Bakıya gətiriləndən sonra məsciddə yuyularkən bədəninin nə halda olduğunu gördülər. Baxmayaraq ki, həyat yoldaşı Ceyran xanım və qızı Rəşidə xanım xəstəxanada idi, onun yanına buraxılmırdılar. O Azərbaycan üçün böyük itki oldu, çox böyük. Azərbaycan deyəndə ilk yada düşən Rəşid Behbudov olurdu. Azərbaycanın səsi Rəşid Behbudov idi. Bu gün maestronun ruhu şaddır. Biz qalibik... Allah sizə rəhmət eləsin! Səsi Azərbaycan musiqi tarixinə brilyant hərflərlə yazılan ustad".

Qeyd edək ki, Rəşid Behbudov 73 yaşında, 1989-cu il 9 iyunda vəfat edib.

Oxşar xəbərlər

Ramana Qəsri yenidən qapılarını ziyarətçilərin üzünə açdı
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan ictimaiyyəti Qorbaçovun Nobel Mükafatından məhrum olunmasını istəyir - AÇIQ MƏKTUB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər