"Mən özüm iki uşaq atasıyam": "Yango" sürücüsü doğuş sancıları başlayan qadını Binə qəsəbəsindən təcili xəstəxanaya çatdırıb
"Yango" xidmətinin sürücü-tərəfdaşı üçün adi iş günü əsl xilasetmə əməliyyatına çevrilib. Sürücünün təmkinli davranışı, ata təcrübəsi və peşəkarlığı sayəsində doğuş sancıları qəfil başlayan Bakı sakini vaxtında xəstəxanaya çatdırılıb.
Bu hadisə təxminən bir ay əvvəl baş verib. "Yango"nun sürücüsü Elvin Bədəlov Binə qəsəbəsində sifariş üzrə göstərilən ünvana gəlib. Bu zaman həyəcanla avtomobilə yaxınlaşan bir kişi hamilə həyat yoldaşının hər an doğa biləcəyini bildirib. Gələcək ata çox narahat olub və həyat yoldaşını arxa oturacaqda oturtmaq üçün ora mələfə və müşəmbə sərməyin lazım olub-olmadığını sürücüdən soruşub.
Lakin sürücü çaşqınlığa qapılmayıb. O, gələcək ataya belə deyib: "Görürəm, həyəcanından nə edəcəyini bilmirsən. Mən özüm iki uşaq atasıyam, necə daha yaxşı olacağını bilirəm". Elvin qadının ön sərnişin oturacağında mümkün qədər rahat uzanmasına kömək edib və oturacağa uşaq bezi sərib. Qadın rahat oturan kimi sürücü yola düşüb və heç bir yerdə dayanmadan birbaşa şəhərə, Respublika Xəstəxanasına üz tutub.
Sürücünün çevik reaksiyası və özünəinamlı davranışı sayəsində doğuş sancıları başlayan qadını vaxtında həkimlərə təhvil vermək mümkün olub.
"Yango" şirkəti bu xeyirxah əməli diqqətdən kənarda qoymayıb. Şirkət sürücünü ofisə dəvət edərək insanlara kömək etməyə hazır olduğuna və başqalarının vəziyyətinə biganə qalmadığına görə ona şəxsən təşəkkür edib, xatirə hədiyyələri təqdim edib. Ailənin yeni üzvünün dünyaya gəlməsi münasibətilə onları təbrik etmək üçün "Yango" yeni doğulmuş körpəyə və valideynlərinə də xoş sürpriz hazırlayıb.
"Yango"nun Bakı ofisinin rəhbəri Müşviq Həsənov hadisəni belə şərh edib: "Bizim üçün "Yango"da ən vacib olan insanlardır. Texnologiyalar öz yerində, lakin xidmətimizin əsl mahiyyətini məhz belə hadisələr göstərir. Bizimlə əməkdaşlıq edən bu qədər həssas və məsuliyyətli sürücülərlə qürur duyuruq. Azərbaycanda çətin anlarda bir-birinə kömək etmək həmişə ənənə olub və tərəfdaşımızın bu addımı da bunun bariz nümunəsidir. O, həmin vəziyyətdə sadəcə sürücü kimi deyil, hər dəqiqənin nə qədər qiymətli olduğunu anlayan əsl insan və qayğıkeş ata kimi davranıb. Ona ürəkdən təşəkkür edirik".
Dünyaya gələn körpənin atası Adil Hidayətov da yaşadığı hissləri bölüşüb: "Həmin an çox həyəcanlı idik, lakin sürücü vəziyyətin nə qədər ciddi olduğunu dərhal anladı, həyat yoldaşımın avtomobildə mümkün qədər rahat oturmasına kömək etdi və bizi bir an belə dayanmadan sürətlə xəstəxanaya çatdırdı. Bu qeyri-adi xidmətə və dəstəyə görə "Yango"ya çox təşəkkür edirik. Siz nişan mərasimimdə də, toyumda da yanımda olmusunuz, indi isə xəstəxanaya gedərkən həyatımızın ən vacib anında bizə kömək etdiniz. Bu gün körpəmizin artıq bir ayı tamam olur. Göstərdiyiniz köməyə və qayğıya görə sizə ürəkdən minnətdarıq".
Qalereya
Oxşar xəbərlər
Şəhərlər üçün texnologiyalar: "Yango Group" Bakıda keçirilən WUF13 forumunda şəhər mühitinin inkişafına yönəlmiş həllər təqdim edib
Təyyarə qəzasında oğlunu itirən ataya xəbəri belə verdilər: "Osman əmi, sən artıq şəhid atasısan"
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sabah"a görə bu müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir
-
"Bakcell"in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
-
Fransada yeni etiraz aksiyasının tarixi AÇIQLANDI
-
Fransada yüksələn Makron diktaturası – hadisələrə tamaşaçı qalan Aİ
-
Serbiya və Azərbaycan idman sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib
-
Tramp Fransadakı kütləvi iğtişaşların səbəbini immiqrasiya siyasəti ilə əlaqələndirib













