Xidmət yerini özbaşına tərk edən hərbçilər üçün yeni cəzalar müəyyənləşir
Far.Az xəbər saytı

Xidmət yerini özbaşına tərk edən hərbçilər üçün yeni cəzalar müəyyənləşir


Zabit, gizir, miçman, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun məsuliyyəti artırılır.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, sözügedən məsələ parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, zabitin, gizirin, miçmanın, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun hərbi hissədən və ya xidmət yerindən özbaşına getməsi, habelə üzrlü səbəblər olmadan hərbi hissəyə və ya xidmət yerinə vaxtında gəlməməsi bir gündən artıq, lakin on gündən çox olmayaraq törədildikdə 200 manatdan 300 manatadək məbləğdə cərimə ediləcəklər.

Bununla bərabər, işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla 15 günədək müddətə inzibati həbs tətbiq olunacaq.

Qüvvədə olan qanunvericiliyə görə, bu xəta üç gündən artıq, lakin on gündən çox olmayaraq törədildikdə 20 günədək müddətə inzibati həbs tətbiq olunurdu.

Yuxarıdakı maddədə nəzərdə tutulmuş əməllərin inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə nəzərdə tutulur. Bu müddəada işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq.

Qüvvədə olan qanuna əsasən isə 15 gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunurdu.

Layihədə vurğulanıb ki, həmin şəxslərin bir gündən artıq hərbi hissədə və ya xidmət yerində olmaması onların inzibati məsuliyyətinə səbəb olacaq. Məsuliyyətin artırılması ilə yanaşı sanksiyanın yumşaldılması və alternativ cəza (cərimə) növünün müəyyənləşdirilməsi mütərəqqi addım hesab edilə bilər.

Oxşar xəbərlər

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Azərbaycan məktəblərində 263 müəssisədə sanitar pozuntu aşkarlanıb
Parlament İnzibati Xətalar Məcəlləsinə çoxsaylı dəyişiklikləri qəbul edib
Parlament İnzibati Xətalar Məcəlləsinə çoxsaylı dəyişiklikləri ilk oxunuşda qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər